Nazirlik uşaqların döyülməsi ilə bağlı iddialara cavab verdi
“Ötən gün Leyla Ucalın şəxsi “Facebook” səhifəsində 2 nömrəli internat məktəbi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət olaraq müəllif Təhsil Nazirliyinə dəvət edilib və qeyd olunan məsələnin təfərrüatları bu gün onun iştirakı ilə müzakirə ediləcək”.
Versus.Az azedu.az-a istinadən bildirir ki, bunu açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov 2017-ci ildə internatda kimya müəlliməsi işlədiyi 2 həftə ərzində uşaqların təhqir edildiyini söyləyən Leyla Ucalın fikirlərinə münasibət bildirərkən deyib.
Nazirlik rəsmisi bildirib ki, bəhs edilən internat məktəbinə bir neçə media qurumu bu gün səfər edib.
“Orada olan vəziyyətlə bilavasitə özləri tanış olub və yaxın saatlarda bu barədə reportajlar təqdim edəcəklər. Məlumat üçün bildirirəm ki, son bir neçə il ərzində internat məktəblərində olan şəraitlə bağlı müxtəif media qurumlarının iştirakı ilə dəfərlərlə tanışlıq səfərləri təşkil edilib və Nazirlik bu kimi məsələlərdə ictimai nəzarət funksiyasına həmişə xüsusi önəm verib”.
Qeyd edək ki, Leyla Ucal, 2017-ci ildə internatda kimya müəlliməsi işlədiyi 2 həftə ərzində uşaqların təhqir edildiyinin, döyüldüyünün şahidi olduğunu yazıb.
Versus.az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...