Azərbaycan Universitetində “Açıq qapı” günləri başlayır

18:23 15-04-2019 | icon 573 | Təhsil
Azərbaycan Universitetində “Açıq qapı” günləri başlayır

Azərbaycan Universiteti I, II və III ixtisas qruplarına sənəd verən abituriyentləri və onların yaxınlarını “Açıq qapı” günlərinə dəvət edir.

Versus.Az xəbər verir ki, Universitetdən verilən məlumata görə, “Açıq qapı” tədbirləri aprelin 17-dən avqustun 19-dək cümə axşamı günləri saat 10.00-dan 16.00-dək keçiriləcək.

İştirakçılar üçün tədris binasına infotur təşkil olunacaq, onlar növbəti tədris ili üçün qəbul aparılan ixtisaslar, keçid balları, təqaüd və xaricdə təhsil imkanları, universitetin beynəlxalq əlaqələri, tələbə həyatı, həmçinin seçmək istədikləri ixtisasın karyera imkanları haqqında ətraflı məlumat ala biləcək, professor-müəllim heyəti ilə söhbət edə biləcək, onları maraqlandıran suallarla Abituriyent Məsləhət Mərkəzinin əməkdaşlarına müraciət edə biləcəklər. Dövlət İmtahan Mərkəzi ilə Azərbaycan Universiteti arasında əldə edilmiş razılığa əsasən yaradılmış mərkəz ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə ödənişsiz əsaslarla fəaliyyət göstərir.

 

“Açıq qapı” günlərində iştirak etmək istəyən abituriyentlər və yaxınları əvvəldən qeydiyyatdan keçməlidirlər. Universitetin tədris binasına daxil olarkən şəxsiyyət vəsiqəsini təqdim etmək mütləqdir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol