Məktəblilər arasında LEGO robototexnika olimpiadası keçiriləcək

18:26 15-04-2019 | icon 511 | Təhsil
Məktəblilər arasında LEGO robototexnika olimpiadası keçiriləcək

Qərbi Kaspi Universiteti məktəblilər arasında LEGO robototexnika olimpiadası keçirir.

Versus.Az xəbər verir ki, Qərbi Kaspi Universitetindən verilən məlumata görə, universitet tərəfindən təşkil olunacaq məktəblilərarası robototexnika olimpiadasının keçirilmə məqsədi məktəblilər arasında mühəndislik ixtisaslarının, o cümlədən əmək bazarında tələbat olan robototexnika mühəndisliyinin məktəblilər arasında təbliği və məktəblilərin təcrübə işlərini geniş kütləyə göstərməkdən ibarətdir.

Olimpiada dünyaca məşhur LEGO (ev3) robototexnika konstruktoru üzərində keçiriləcəkdir. Olimpiada şərtinə əsasən iştirak edəcək olan məktəblər 1-3 nəfərlik komanda və ya bir şagirdlə təmsil oluna bilər.

15-26 aprel tarixlərində komandalar Qərbi Kaspi Universiteti Texnoparkda robotları hazırlamalıdırlar.

Olimpiada 27 aprel saat 11:00-da Qərbi Kaspi Universitetində Əhməd Rəcəbli küçəsi, III Paralel, 21 ünvanında yerləşən tədris binasında təşkil olunacaq. Tədbirə məktəb şagirdləri, məktəb kollektivləri dəvət edilir.

Qaliblərə Qərbi Kaspi Universiteti tərəfindən dəyərli hədiyyələr və sertifikatlar veriləcək.

 

Qeydiyyat üçün məktəbin nömrəsini, iştirakçı məktəblilərin ad və soyadlarını və məsul şəxsin əlaqə telefonunu bu mailə göndərmək lazımdır: [email protected]

Əsas tarixlər:

Robotların hazırlanması: 15-26 aprel 2019 –cu il

Olimpiada günü: 27 aprel 2019-ci il

Qeyd: İştirak üçün 26 aprel tarixinə qədər müraciət etmək olar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”