“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərmana dəyişiklik edilib
Prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana dəyişikliyə əsasən 1.1.1-ci yarımbənddə “73” rəqəmləri “130” rəqəmləri ilə əvəz edilir; 1.1.2-ci yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilir:
“I dərəcə əlilliyi olan şəxslərə — 150 manat
II dərəcə əlilliyi olan şəxslərə — 130 manat
III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;
1.1.3-cü yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilir:
“I dərəcə əlilliyi olan şəxslərə — 150 manat
II dərəcə əlilliyi olan şəxslərə — 130 manat
III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;
1.4. 1.1.4-cü yarımbəndin ikinci — dördüncü abzasları aşağıdakı redaksiyada verilir:
“I dərəcə əlilliyi olan şəxslərə — 150 manat
II dərəcə əlilliyi olan şəxslərə — 130 manat
III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;
1.1.5-ci yarımbənddə “82” rəqəmləri “150” rəqəmləri ilə əvəz edilir;
1.1.6-cı yarımbənddə “68” rəqəmləri “80” rəqəmləri ilə əvəz edilir;
1.1.8-ci yarımbənddə “68” rəqəmləri “100” rəqəmləri ilə əvəz edilir;
1.9. 1.1.9-cu yarımbənddə “61” rəqəmləri “100” rəqəmləri ilə əvəz edilir;
1.1.11.2-ci yarımbənddə “müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş” sözləri “müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilir;
Bundan başqa, 1.2.2-ci yarımbənddə “109” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilir; 1.2.3-cü yarımbənddə “146” rəqəmləri “300” rəqəmləri ilə əvəz edilir.
Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"