Dünya birinciliyində çıxış edən şpaqaçılarımız vətənə qayıdıblar

09:05 16-04-2019 | icon 420 | İdman
Dünya birinciliyində çıxış edən şpaqaçılarımız vətənə qayıdıblar

Polşanın Torun şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində çıxış edən şpaqaçılarımız vətənə qayıdıblar.

 

Versus.Az xəbər verir ki, dünya birinciliyində bürünc medal qazanmaqla müstəqillik tariximizdə analoji yarışda ilk dəfə mükafatçılar sırasında yer almağı bacaran qılıncoynadanımız Ruslan Həsənov Heydər Əliyev Beynəlxalq Hava limanında böyük coşqu ilə qarşılanıb.

R.Həsənov jurnalistlərə müsahibəsində tarixi zəfərindən danışıb:

 

“Belə bir nəticəyə imza atmağım mənim üçün gözlənilməz olsa da, buna ümid edirdim. Hətta yarımfinala yüksələndə belə, nə baş verdiyini tam dərk etmirdim. Bu nəticənin qeydə alınmasında əməyi olan hər kəsə təşəkkür edirəm. Ən çətin döyüşlərim 1/16 və yarımfinala yüksəlmək uğrunda rumıniyalı və macarıstanlı şpaqaçılarla keçirdiyim görüşlər oldu. Gələcək hədəfim nəticəmi yaxşılaşdırmaqdır. Qarşıda bizi 23 yaşadək qılıncoynadanların Avropa çempionatı gözləyir. Çalışacağam ki, həmin yarışda da yaxşı çıxış edim”.

 

Ardınca milli komandamızın baş məşqçisi Çingiz Mustafayev də tarixi uğurla bağlı fikirlərini bölüşüb:

“Bu nəticəyə doğru irəliləyirdik. Qarşıda qələbələrimizin sayı daha çox olacaq. Ruslanın dünya birinciliyində bürünc medal qazanması tək idmançı və məşqçi deyil, hamımızın qələbəsidir. Bu qələbə komanda zəhmətinin nəticəsidir”.

 

Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Vasif Məmmədov isə bu uğurların davamlı olacağına ümid etdiyini bildirdi:

“Federasiya olaraq qarşımıza böyük hədəflər qoymuşuq. Yolumuz məsuliyyətli və mürəkkəb olsa da, şərəflidir. Ruslanın nəticəsinin ənənə halına çevriləcəyinə inanırıq”.

 

Xatırladaq ki, 6-14 aprel tarixlərində Polşanın Torun şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində ümumilikdə 6 idmançı ilə təmsil olunub. Şpaqaçılarımızdan turnirin yarımfinalına kimi irəliləməklə bürünc medalı təmin edən Ruslan Həsənov finala yüksəlmək uğrunda görüşdə fransalı Artur Filippə uduzub.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI