“Gözəl Quran oxuma” müsabiqəsi

11:27 16-04-2019 | icon 509 | Təhsil
“Gözəl Quran oxuma” müsabiqəsi

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığlı ilə “Gözəl Quran oxuma” müsabiqəsi keçirilib.

 

Aİİ-dən Versus.Az-a verilən məlumata görə, müsabiqədə Aİİ-nin İlahiyyat fakültəsinin tələbələri iştirak ediblər. İlahiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov, dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyev və İnstitutun baş müəllimi Ənvər Mustafayev münsiflər heyətində təmsil olunublar.

 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Aİİ rektoru Ceyhun Məmmədov ali tədris müəssisəsinin istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılması istiqamətində müxtəlif tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. Müsabiqənin əhəmiyyətini vurğulayan C.Məmmədov tələbələrin bilik səviyyələrini, bacarıq imkanlarını nümayiş etdirmələri baxımından, bu istiqamətdə təşkil olunan müsabiqə və bilik yarışlarının xüsusi rol oynadığını bildirib.

 

Sonra İlahiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov gənclərə tövsiyələrini verib, həmçinin müsabiqənin şərtləri haqqında ətraflı bəhs edib. Bu müsabiqənin tələbələrə təcrübə qazanmaq imkanı verdiyini bildirib. Həmçinin, gənclərə gələcəkdə geniş auditoriya qarşısında çıxış etmək fürsəti yaratdığını vurğulayıb.

 

Tələbələr tərəfindən maraqla qarşılanan müsabiqədə qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyənləşib. Beləliklə, “Gözəl Quran oxuma” müsabiqəsində birinci yerə IV kurs tələbəsi Məmmədov Ruslan, ikinci yerə III kurs tələbəsi Ağamirzəzadə Mirzəli, üçüncü yerə isə IV kurs tələbəsi Rəcəbov Elvin layiq görülüblər.

Müsabiqənin sonunda qaliblər mükafatlandırılıb və iştirakçılara sertifikatlar təqdim edilib.

 

YELMAR
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı