Azərbaycanda dini və etiqad azadlıqları təmin edilir

12:15 16-04-2019 | icon 355 | Siyasət
Azərbaycanda dini və etiqad azadlıqları təmin edilir

 

Azərbaycanda dini və etiqad azadlıqları təmin edilir. Xarici nümayəndələr də Azərbaycan dövlət-din münasibətlərini nümunə gətirirlər.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov “Dini-ideoloji təhlükəsizlik və media” adlı konfransda deyib.

Ə.Zülfüqarov bildirib ki, müxtəlif dini konfessiyalar Azərbaycanda qarşılıqlı hörmət əsasında fəaliyyət göstərirlər və Azərbaycanda tolerantlıq ənənələri əsrlər boyu mövcud olub.

PA rəsmisi vurğulayıb ki, Azərbaycanda dini sabitliyə xaricdən idarə olunan müəyyən təhdidlər var: “Lakin Azərbaycan güclü dövlətdir, hüquq-mühafizə orqanları bu halların öhdəsindən layiqincə gəlirlər. Bu gün internet məkanı üzərindən dini qarşıdurmanın qızışdırılması, aqressiv fikirlərin səsləndirilməsi, sosial şəbəkələrdə gənclərə zərərli fikirlərin təbliğ edilməsi kifayət qədər ciddi problem kimi qarşımızda dayanır. Bu sahədə müəyyən işlər görülür, aidiyyəti qurumlar tədbirlər görür”.

Onun sözlərinə görə, monitorinq və araşdırmaların nəticələri göstərir ki, radikal qruplar azərbaycançılıq ideologiyasına qarşıdırlar, hansısa xarici dairələrin təlimatlarını, ideologiyalarını təbliğ etməklə məşğuldurlar: “Bizim qarşımızda duran əsas vəzifələrdən biri də odur ki, həmin zərərli qruplara qarşı birgə mübarizə aparaq”.

Ə.Zülfüqarov əlavə edib ki, din mövzusunda media nümayəndələrinin məlumatlandırılması istiqamətində böyük işlər görülür: “Mətbuatda geniş və sanballı məqalələrlə gündəmə gələn müəlliflər tanıyırıq və bu, çox sevindirici haldır. Məqsəd vətəndaşları sağlam dini biliklərlə maarifləndirməkdir. Əgər belə olarsa, zərərli təmayüllər özü aradan qalxacaq”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI