Məscidə rəhbərlik edən və dini ayinlərin icrasını həyata keçirən xanımlar yoxdur

12:35 16-04-2019 | icon 428 | Cəmiyyət
Məscidə rəhbərlik edən və dini ayinlərin icrasını həyata keçirən xanımlar yoxdur

 

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 1000-dən bir qədər artıq din xadimi maddi dəstək alır və onların içərisində qadınlar çox cüzidir.

Versus.Az -ın məlumatına görə, bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, məscidlərdə çalışan din xadimlərinə və dini icmalarda çalışan, fəal olan bu və ya digər dini icma üzvü və ya rəhbəri olan qadınlara da maddi dəstək verilir:

 

“Fond vasitəsilə müəyyən layihələr həyata keçirilir ki, bu layihələrdə dini icmalar yaxından iştirak edirlər. Azərbaycanda din sahəsində çalışan və icma rəhbəri olan xanımlar da var. Qadınların bu və ya digər dini xarakterli məclislərində iştirak üçün xanım din xadimlərinə ehtiyac getdikcə artır. Bunu nəzərə alaraq İlahiyyat İnstutunda da kadrların hazırlığı aparılır".

M.Qurbanlı əlavə edib ki, məscidə rəhbərlik edən və dini ayinlərin icrasını həyata keçirən xanımlar yoxdur:

"Gələcəkdə məscidlərdə xanımların məsciddə dini ayinləri birbaşa idarə edib-etməməsi məsələsi Qafqaz Müsəlmanları İdarəsinə bağlıdır və təcrübədə hələlik tətbiq olunmur. Xanımlara aid bəzi mərasimlər var ki, qadın din xadimləri orada iştirak edə, idarə edə bilər. Hazırda bu cür məclisləri idarə edən xanımlar var. Bütövlükdə bu sahədə xanımların idarəçilikdə iştirakı məsələsi həm Komitə, həm də Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müzakirə olunur".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI