Azərbaycanda ilk dəfə tele-opera çəkildi

13:14 16-04-2019 | icon 469 | Mədəniyyət
Azərbaycanda ilk dəfə tele-opera çəkildi

Görkəmli bəstəkar Fikrət Əmirovun Sevil operasının tele-operası çəkilib.

Versus.Az - ın məlumatına görə, layihənin ideya müəllifi Azərbaycan televiziyası “Mədəniyyət” kanalının direktoru Ramil Qasımovdur.

Tamaşada baş rolları əməkdar artistlər Afaq Abbasova (Sevil), Ramil Qasımov (Balaş), İnarə Babayeva (Dilbər), Səbinə Vahabzadə (Gülüş), Cahangir Qurbanov (Babakişi), Əli İbrahimov (Atakişi), xalq artisti Əkrəm Poladov (Məmmədəlibəy), Fəhmin Əhmədov ifa etdilər.

 

R.Qasımov sözügedən layihənin həyata keçirilməsini mədəni sahədə böyük addım olduğunu bildirib:

“Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli ədib və böyük dramaturq, Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsi haqqında, ölkə rəhbəri cənab prezident sərəncam verdi. Bu məqsədlə düşündük ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Fikrət Əmirov və Cəfər Cabbarlının “Sevil” operasını tele-opera şəkilində çəkib xalqımıza təqdim edək. Bu opera, müxtəlif illərdə bizim özünəməxsus sənətkarlarımız tərəfindən ifa olunub. Azərbaycan Televiziyası, “Mədəniyyət” kanalı, Mədəniyyət Nazirliyi, Akademik Opera və Balet Teatrının birgə layihəsi kimi reallaşan bu opera yüksək texnoloji avadanlıqla ilk olaraq lentə alınıb, HD formatla çəkilib, ifaçılara gəldikdə mən tamaşanın dirijoru, Akademik Opera və Balet Teatrının baş dirijoru əməkdar artist- Eyyub Quliyev öhdəsinə düşən məsuliyyətli və tarixi işin öhdəsindən gözəl gəldi. Tele-opera Akademik Opera və Balet Teatrının baş rejissoru əməkdar incəsənət xadimi-Hafiz Quliyevdir. Qərblə Şərqin sintezi, həmçinin aktorların fərqli daxili dramaturgiyası aydın tamaşaçılara açılır. Fürsətdən istifadə edib, bütün yaradıcı heyətə bu layihənin gerçəkləşməsində əziyyəti olan əməkdaşlarımıza minnətdarlığımı bildiririrəm. Düşünürəm ki, bu tele-opera bir inci olaraq gələcək nəsillərə bir töhvə olacaq”.

 

 
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi