“Gənclər Fondu xaricdə təhsil üçün yalnız elmlə məşğul olacaq şəxsləri göndərməlidir” - Ekspert  

15:31 16-04-2019 | icon 566 | Təhsil
“Gənclər Fondu xaricdə təhsil üçün yalnız elmlə məşğul olacaq şəxsləri göndərməlidir” - Ekspert  

 

“AGF ən istedadlı gəncləri seçib, xaricdə magistr dərəcəsi üzrə təhsil almağa göndərməlidir”

 

Versus.Az azedu.az-a istinadən bildirir ki, bunu təhsil üzrə ekspert Etibar Əliyev deyib.

Qeyd edək ki, Milli Məclisin Gənclər və idman komitəsinin aprelin 11-də keçirilən iclasında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edərək bildirib ki, xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı aprel ayının sonunda elan veriləcək.

 

Onun sözlərinə görə, 2019-2020-ci tədris ilində gənclərin xaricdə magistr pilləsi üzrə təhsili Gənclər Fondu maliyyələşdirəcək.

 

Təhsil ekspertinin sözlərinə görə, AGF prosesin icrası zamanı mütləq elmi dünyagörüşü yüksək səviyyədə olan gənclərə üstünlük verməlidir:

 

“Magistratura  təhsilin elmi  tədqiqatlar dərəcəsidir.  Bu dərəcə üzrə təhsil alanlar hər hansı istiqamət üzrə  tədqiqatlar  aparmalıdırlar. Buna görə də yalnız elmi dünyagörüşü yüksək səviyyədə olan şəxslər xaricə təhsil üçün göndərilməlidir.Həmçinin,  bakalavr dövründə elmi məqalələri yazmaq qabiliyyəti olanlara, DİM imtahanından yüksək nəticə göstərənlərə üstünlük verilməlidir. Çünki Azərbaycanla müqayisədə Qərbin aparıcı ölkələrində elmi təqdiqat aparmaq daha mürəkkəbdir. Orada magistr dərəcəsində təhsil alanların fərdi qabiliyyəti və elmi bacarıqlarının olması önəmlidir.

Azərbaycanda isə magistratura dərəcəsi üzrə müdafiə işlərinin hazırlanmasında tələbəyə çox vaxt elmi rəhbər dəstək olur.

Onu da  bildirim ki, çox zaman bu proseslərdə plagiatlığa da  yol verilir”.

Etibar Əliyev xaricdə müəyyən sahələr üzrə kadr hazırlığının vacib olduğunu vurğulayıb:

“Ümumiyyətlə, xaricə magistr dərəcəsi üzrə təhsil üçün elmlə məşğul  olacaq şəxsləri göndərmək daha yaxşıdır. AGF  xaricdə magistr dərəcəsində təhsil almaq istəyənləri hansı mexanizmlər əsasında  seçməyindən çox şey asılıdır. Düşünürəm ki,  seçim prosesi Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə olsa, müsbət effekt verə bilər. Çünki Təhsil Nazirliyi xaricə tələbələri göndərməkdə  müəyyən  təcrübəyə malikdir. AGF-nun  şəffaflığın qorunması barədə hələlik heçnə demək mümkün deyil. Çünki, onların müəyyənləşdirdiyi kriteya və seçim  formasından çox şey asılıdır.

Kənd təsərrüfatı, informasiya və nano-texnologiyaları, iqtisadiyyat, sosiologiya, tətbiqi-fizika və riyaziyyat  sahələri üzrə  xaricdə kadr hazırlığı həyata keçirilsə  ölkəmiz  üçün əhəmiyyətli ola bilər”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...