Universitetdən  Hesablama Palatasının ittihamlarına cavab verildi

15:43 16-04-2019 | icon 540 | Təhsil
Universitetdən  Hesablama Palatasının ittihamlarına cavab verildi

 

Bakı Slavyan Universiteti üzrə vəsaitlərin istifadəsinə dair audit nəticəsində məlum olub ki, valideynləri ali məktəbin əməkdaşı olan 2 tələbə, məcburi köçkün statusu olmayan 4 tələbə əsassız olaraq təhsil haqqının ödənilməsindən azad edilib.

Bundan başqa, təhsilini bitirən və diplomları hələlik verilməyən 42 tələbə üzrə təhsil haqqı borcu mövcud olub, təhsil haqqı üzrə debitor və kreditor borclar bəzi hallarda uçota alınmayıb, bağlanılan müqavilə şərtlərinə əməl edilməməsi nəticəsində universitetdə təhsil alan əcnəbi tələbələrdən, əlavə təhsil fakültəsinə qəbul olunan müdavimlərdən və təşkil edilən yay məktəbində kredit borcu üzrə təhsil haqqının alınması təmin edilməyib.

Media və sosial şəbəkələr neçə gündür bu məsələni gündəmə daşıyır.

Versus.Az Modern.az saytına əsasən xəbər verir ki, Bakı Slavyan Universitetinin(BSU) mətbuat xidmətinin rəhbəri İbrahim Quliyev bildirib ki, Hesablama Palatasının  yoxlamalarının nəticələri hazırkı rektorluğun  dövrünə aid deyil.

“Dediyiniz nöqsanlar 2016-cı ilin iyun ayına qədərki dövrdə  aşkarlanıb. 2016-cı ilin iyulundan isə Nurlana Əliyeva Bakı Slavyan Universitetində rektordur. Mən isə 2016-cı ilin sentyabrında universitetin mətbuat xidmətinə gəlmişəm. Əsasən yoxlamalar 2015-2016-cı illəri əhatə edir. Sadəcə 2015-2016-cı illərdə olan halların davam etmə müddəti var. Tələbələrin ödənişi ilə bağlı 39 hal var ki, 2019-cu ilin iyulundan sonrakı dövrdə 35-i aradan qaldırılıb. Hesabatda göstərilən cəmi 4 hal üzrə köçürülmələrin əvvəlki nöqsanları qalıb”.

Qeyd edək ki, 2014-2016-cı illərdə Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev olub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...