Bu gün Milli Qəhrəman Rizvan Teymurovun doğum günüdür

15:48 16-04-2019 | icon 688 | Şəhidlər və şahidlər
Bu gün Milli Qəhrəman Rizvan Teymurovun doğum günüdür

 

Bu gün öz canını Vətənə qurban verərək şəhidlik zirvəsinə ucalmış Azərbaycanın Milli Qəhrəmanı Rizvan Teymurovun doğum günüdür.



TEYMUROV RİZVAN RƏHMAN oğlu - 16 aprel 1967-ci ildə Şuşa rayonunun Quşçular kəndində ziyalı ailəsində doğulmuşdur. 1984-cü ildə doğma kəndində orta məktəbi bitirdikdən sonra bir il sovxozda işləmişdir. 1985-ci ildə ordu sıralarına çağırılmış, əsgəri xidmətini Omsk şəhərində başa vurduqdan sonra Vətənə dönmüşdür. O, 1987-ci ildə iş dalınca Rusiyanın Arxangelsk vilayətinə gedir. Lakin torpaq qeyrəti 1990-cı ildə onu yenidən Vətənə dönməyə vadar edir. O, bir müddət doğma rayonunda iaşə xidməti sahəsində işləyir. Şuşa rayon DİŞ-nin nəzdində Xüsusi Təyinatlı Polis Dəstəsi yaradılanda o, tərəddüd etmədən bu dəstəyə daxil olur. Qorxubilməz, cəsur döyüşçülərdən ibarət olan bu dəstə Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində, habelə Xankəndində erməni yaraqlılarının zərərsizləşdirilməsində və tərksilah edilməsində qəhrəmanlıq nümunəsi göstərmişdir. Rizvan Teymurov Qarabağ torpağını qarış-qarış gəzmişdi. O, Xankəndi, Kərkicahan ətrafındakı döyüşlərdə rəşadətlə vuruşmuşdur.

9 dekabr 1991-ci il... Cəsur əsgərin son döyüşü... Rizvan səhər tezdən əməliyyata gedəcəkdi. O, dincəlməli idi. Gecədən xeyli keçsədə gözünə yuxu getmirdi. O, qalxıb yoldaşlarının yanına - Kərkicahana getməyi qərara aldı. Gecə erməni yaraqlıları qəfil hücuma keçdilər. Lakin cəsur döyüşçülərimizin qarşısında tab gətirə bilməyəcəklərini görüb geri çəkildilər. O, Xankəndi-Kərkicahan ətrafında gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Teymurov Rizvan Rəhman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Şuşa rayonunun Quşçular kəndində dəfn edilmişdir.

Bakının Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır./Karabakhmedia.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi