Valideynlər azyaşlı üçün ərazidən asılı olmayaraq məktəb seçə bilər? – RƏSMİ CAVAB

16:29 16-04-2019 | icon 583 | Təhsil
Valideynlər azyaşlı üçün ərazidən asılı olmayaraq məktəb seçə bilər? – RƏSMİ CAVAB

Yaxınlıqdakı məktəbdə boş yer qalmadığını öyrənib, əsəbiləşib, ruhdan düşənlər də az deyil

Bəziləri isə keyfiyyətin daha vacib olduğunu düşünüb, yaşayış yerindən xeyli uzaqdakı məktəblərə üz tuturlar. Onları düşündürən bir sual var:

 

Sual:

Uşağı birinci sinifdə oxutmaq üçün yaşadığım əraziyə ən yaxın məktəbi seçməliyəm? Uzaq ərazidə yerləşən məktəbi seçmək imkanım varmı?  Belə olan halda,  istədiyim məktəbə sorğu yerləşdirə bilərəm?


Cavab:

- Bəzi məktəblərə qəbul üstünlük hüquqları əsasında aparılır. Bu zaman valideynlərə verilən əsas üstünlüklərdən biri də yaşayış yerinin məktəbin müəyyən edilmiş ərazisində yerləşməsidir.

Orta təhsil müəssisəsinin yaşayış yerinə ən yaxın məktəb olması isə mütləq deyil. Hər valideynin sərbəst şəkildə məktəb seçmək və ərazidən asılı olmayaraq, övladı üçün istənilən orta təhsil müəssisəsinə sorğu yerləşdirmək hüququ var.

Valideynin övladını yerləşdirmək istədiyi məktəb uzaqda yerləşirsə, heç bir problem yoxdur. Amma həmin məktəb üstünlük hüququ əsasında qəbul aparırsa, öncə yaxınlıqda yaşayanları qəbul edəcək. Digərləri isə “Növbəlilik funksiyası vasitəsilə növbəyə yazılmalı, boş yer qaldıqda qəbul olunmalıdırlar.

Növbəyə isə yalnız heç bir məktəbə sorğusu yerləşdirilməyən valideyn və ya qanuni nümayəndələr yazıla bilər. Amma obnlar növbəyə yazıldıqdan sonra başqa məktəbə sorğu yerləşdirə bilərlər.

Qəbulu üstünlük hüququ əsasında aparmayan məktəbə isə şagird harada yaşamasından asılı olmayaraq rahatlıqla qəbul edilə bilər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...