Şəkidə Tütün İstehsalı və Emalı Məntəqəsinin yenidən qurulur

16:40 16-04-2019 | icon 540 | Gündəm
Şəkidə Tütün İstehsalı və Emalı Məntəqəsinin yenidən qurulur

“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ciillər üçün Dövlət Proqramı”nın uyğun maddələrindən irəli gələn tələblərin yerinə yetirilməsi məqsədi ilə Şəki rayonunun Çələbixan qəsəbəsində yerləşən Tütün İstehsalı və EmalıMəntəqəsinin yenidən qurulması işləri həyata keçirilir.

 

Versus.Az xəbər verir ki, bu məqsəd ilə Şəki Şəhər İcra Hakimiyyətitərəfindən bütün müvafiq qurumlardan müsbət rəy alınmaqla mövcud Tütün İstehsalı və Emalı Məntəqəsi ilə yanaşı, ərazidə 0.90 ha torpaq sahəsi ayrılıb, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin sifarişi əsasında “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu tərəfindən layihə-smeta sənədləri hazırlanıb və obyektin eskiz layihəsi Şəki Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

 

Layihəyə əsasən yeni yaradılacaq sahədə 30 ədəd müasir odla qurutma kameralarının, anbar binasının, kameralaraltı platformanın, kameralar üçün talvarın, operatorotağının, pompaxananın, tutumu 150 kub metr olan 2 ədəd yanğınsöndürmə üçün su anbarının, tutumu 20 kub metr olan təsərrüfat-içməli su anbarının, istilik məntəqəsinin və çirkab su anbarının tikintisi, eləcə də çeşıdləmə sahəsinin yaradılması nəzərdə tutulub.

 

Hal-hazırda obyektdə ərazinin planlaşdırılması, mövcud yerüstü və yeraltı kommunikasiya xəttlərinin ərazidən kənarlaşdırılması, qurutma kameralarının monolit dəmir-beton özülünün quraşdırılması, hasarın 50 faizdən artıq tikinti işləri başa çatdırılıb.

Tikintinin tam başa çatdırılma müddəti cari ilin may ayına planlaşdırılır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür