Millət vəkilləri Cocuq Mərcanlıda olublar
Bu günlərdə xalqımız Milli Ordumuzun məşhur Aprel döyüşlərində qazandığı möhtəşəm qələbənin ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd edib. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində “Lələ Təpə” yüksəkliyi erməni işğalından azad edilib və Cocuq Mərcanlıda insanların təhlükəsiz yaşaması mümkün olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən kənddə yaşamaq üçün lazım olan bütün infrasturuktur yaradılıb və kənd öz yeni həyatına qayıdıb.
Cocuq Mərcanlıya qayıdış böyük qayıdışın başlanğıcıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, müdrük siyasət nəticədində tezliklə işğal olunmuş bütün Azərbaycan torpaqları azad olunacaq və bütün məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"