Aşıq Pəri məclisinin konserti olacaq

08:06 17-04-2019 | icon 581 | Mədəniyyət
Aşıq Pəri məclisinin konserti olacaq

İyunun 10-da Heydər Əliyev Sarayında Aşıq Pəri məclisinin sazlı-sözlü konserti keçiriləcək.

 

Versus.Az xəbər verir ki, aşıq gecəsində əməkdar mədəniyyət işçiləri Gülarə Azaflı, Ulduz Sönməz, Solmaz Kosayeva, Zülfiyyə Aşıqlı, Aşıq Samirə, şairələr Səadət Buta, Güllü Eldar Tomarlı, Aynur Qafarlı, Təbrizə Pünhan, Südabə İrəvanlı və Fatimə Vəfa çıxış edəcəklər.

 

Gecədə həmçinin tanınmış aşıqlar Gözəl Kəlbəcərli, Familə Göyçəli, Kəmalə Məhyəddin qızı, Rəfiqə Göyçəli, İnci Şirvanlı, Xavər Zəngilanlı, Aidə Gülzar, Əfsanə Kərimli, Xəyalə Qərib qızı, Könül Gədəbəyli, Göyçə Ömürlü, Vüsalə Gədəbəyli, Türkay Ayna, Nargilə Mehdiyeva və digərlərinin ifaları dinləniləcək. Konsertin aparıcısı Aşıq Pəri məclisinin sədri Pərvanə Zəngəzurlu olacaq.

 

Saat 19:00-da başlayacaq konsertin biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz. Biletlərin qiyməti 10-30 manat təşkil edir.

Əlaqə telefonu: (012) 441-21-31

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı