Azərbaycanda yük göndərənin və ekspeditorun məsuliyyəti artırılır

08:09 17-04-2019 | icon 509 | İqtisadiyyat
Azərbaycanda yük göndərənin və ekspeditorun məsuliyyəti artırılır

Azərbaycanda yük göndərənin və ekspeditorun məsuliyyəti gücləndirilir.

 

Versus.Az xəbər verir ki, bununla bağlı Mülki Məcəlləyə dəyişiklik edilməsi təklif olunur.

 

Dəyişikliyə əsasən, Məcəllənin 851-ci maddəsinə (Yük göndərən və yük alan) "Daşıyıcı" anlayışı əlavə olunur:

"Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir".

 

Yeni 853.1-1-ci maddədə bildirilir ki, yük göndərən yükün daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları daşıyıcıya təqdim etməlidir.

 

Dəyişikliyə əsasən, ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan bir il təşkil edir. Ekspeditora qarşı iddia qaldırmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya iddia müddəti ərzində verilə bilər. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər.

 

Qanun layihəsi yük daşınması müqaviləsinin, o cümlədən yük göndərən anlayışının dəqiqləşdirilməsi, daşıyıcı və yük alan anlayışlarının müəyyən olunması, habelə yük göndərənin və ekspeditorun (daşıyıcılar vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxs) məsuliyyətinin gücləndirilməsi məqsədilə hazırlanıb.

 

Müasir dövrdə daşımalarda ekspeditorların rolu artır. Belə bir şəraitdə ekspeditora qarşı yaranan tələblərin icra mexanizminin olması, o cümlədən məhkəmədən öncə pretenziya irəli sürülməsi imkanının nəzərdə tutulması ekspeditorun məsuliyyətini artırmaqla, mübahisələrin daha çevik həllinə imkan yaradır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”