"Demoqrafik keçidin Azərbaycanda hamar olacağı gözlənilir"

08:14 17-04-2019 | icon 377 | Siyasət
"Demoqrafik keçidin Azərbaycanda hamar olacağı gözlənilir"

BMT-nin Əhali Fondunun (UNFPA) eksperti, Azərbaycanda milli transfert hesablarının (NTA) yaradılması üzrə müvafiq dövlət müəssisələrinin potensialının artırılmasına cavabdeh olan Robert İvan Qal Trend-ə özəl müsahibəsində deyib ki, demoqrafik keçidin Azərbaycanda hamar olacağı gözlənilir.

 

O bildirib ki, milli transfert hesabları yaş komponentini milli uçot sisteminə əlavə edir:

“NTA bütün iqtisadiyyata aid olur, amma iqtisadiyyatı müxtəlif yaşlı insanlar arasında axınlar kimi təsvir edir. Burada diqqət mərkəzində yaşlı insanlardır. Biz Azərbaycanda NTA layihəsi üzərində işləyirik və bu sahəyə aid bəzi təkliflər bu layihənin nəticələrinə əsaslanacaq. Bundan sonra Azərbaycan hökuməti gələcək planlarla bağlı qərar qəbul edəcək”.

 

Azərbaycanda NTA-nın yaradılması prosesindən danışan ekspert bildirib ki, söhbət müvafiq statistik məlumatların təkrar təşkilindən gedir:

“Biz Azərbaycan Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəsmi statistikaya əsaslanırıq. Mən yerli komandaya məsləhətlər verməklə məşğulam. Bu komanda mövcud statistik məlumatları təkrar qruplaşdırmalıdır, eyni zamanda yeni statistikanın yaradılması planlaşdırılmır. Bu baxımdan Azərbaycanda çox rahatdır, çünki ölkənin statistika xidmətlərinin inzibati imkanları kifayət qədər yüksək səviyyədədir və onlar yüksək səviyyəli statistik xidmətlər təklif edirlər. Son iki gün ərzində biz baza təlimləri keçmişik və bu ilin sonunadək ilkin nəticələrin əldə olunmasını və layihə üzrə ilk hesabatın hazırlanmasını gözləyirik”.

 

Ekspert həmçinin qeyd edib ki, yaxın gələcəkdə Azərbaycanda demoqrafik keçid hamar olacaq. O, Azərbaycanın 10 milyonuncu sakinin doğulması münasibətilə də təbriklərini çatdırıb.

 

R.İ.Qal əlavə edib ki, NTA layihəsi müvafiq sahədə siyasətin formalaşması üçün statistik əsas yaradır və yeni göstəricilər, o cümlədən yaşlı nəslə dəstək əmsalı indeksini hazırlamağa imkan verir:

“Faktiki olaraq, hazırda istifadə edilən və yaş qruplarının sayını müqayisə edən dəstək əmsalı süni yanaşmadır. Bu göstəricilər ölkələrdən asılı olaraq dəyişir. Bəzi ölkələrdə əhali qismən gec qocalır, digər ölkələrdə əhali daha gənc yaşlarda qocalır. Bu göstərici də vaxt keçdikcə dəyişir. NTA vasitəsilə biz qocalma prosesini daha yaxşı əks etdirən göstəricilər hazırlaya bilərik”.

 

Ekspert qeyd edib ki, bu layihə 20 il əvvəl ABŞ-da kiçik işçi qrupu kimi başlamışdı. İndi isə bu layihə 80-ə yaxın ölkəni əhatə edir və NTA statistika standartı BMT tərəfindən qəbul edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol