Polşada AXC-nin tanınmasına həsr edilmiş xatirə lövhəsinin açılışı olub

12:37 17-04-2019 | icon 376 | Siyasət
Polşada AXC-nin tanınmasına həsr edilmiş xatirə lövhəsinin açılışı olub

Polşa Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 1920-ci ildə Polşa Respublikası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tanınmasına həsr edilmiş xatirə lövhəsinin açılışı mərasimində iştirak edib.

 

Versus.Az xəbəbr verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə, həmçinin Polşa Respublikasının xarici işlər naziri Yaçek Çaputoviç də iştirak edib.

 

Mərasimdə çıxış edən nazir Elmar Məmmədyarov Azərbaycan və Polşa arasında tarixi əlaqələrin mövcud olduğunu qeyd edərək Azərbaycanın Polşadakı Səfirliyinin araşdırmaları nəticəsində Polşa arxivlərindən iki ölkə arasındakı münasibətlərə həsr olunmuş maraqlı sənədlərin üzə çıxdığını bildirib. Bu xüsusda, nazir Elmar Məmmədyarov 1920-ci ilin 13 fevral tarixində Polşa xarici işlər naziri Stanislav Patekin Azərbaycan Hökumətinə teleqram ünvanlayaraq Polşanın Azərbaycan Xalq Cümhuriyyətini de-fakto tanıdığını diqqətə çatdırıb. Həmçinin 1918-ci ildə Polşa diplomatı Vaslav Ostrovskinin Polşanın Azərbaycandakı diplomatik nümayəndəsi təyin olunduğu qeyd edilib. Nazir Elmar Məmmədyarov 100 il bundan öncə Polşa diplomatlarının Azərbaycan üçün göstərdiyi fəaliyyəti yüksək dəyərləndirərək, iki ölkə arasındakı bağların bugün də güclü olduğunu və tərəflər arasında strateji əlaqələrin mövcudluğunu qeyd edib.

 

Öz növbəsində Polşanın xarici işlər naziri Yaçek Çaputoviç iki ölkə arasında münasibətlərin tarixi əhəmiyyətinə həsr edilmiş xatirə lövhəsinin açılışını yüksək qiymətləndirib. Polşanın 100 il bundan öncə dövlətlərin suverenliyinin dəstəklənməsi istiqamətində fəal iş apardığını və bu siyasətin bugün də davam etdirildiyini qeyd edib. Polşalı mütəxəssislərin 20-ci əsr ərzində Azərbaycanın ictimai-siyasi həyatına verdiyi töhfəyə toxunan polşalı nazir Azərbaycanın neft hasilatı, Bakının arxitekturasının inkişafı və digər sahələri xüsusilə vurğulayıb.

Nazirlər Azərbaycan-Polşa münasibətlərinə dair ətraflı fikir mübadiləsini ikitərəfli görüşdə davam etdiriləcəyini vurğulayıblar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı