Müsavat Partiyasında növbəti qalmaqal

16:18 17-04-2019 | icon 497 | Siyasət
Müsavat Partiyasında növbəti qalmaqal

İdeya müəllifi kimi Arif Hacılının adı çəkilir

 

Versus.Az Cebhe.info-ya istinadən xəbər verir ki, partiya funksionerləri arasında yaşanan qalmaqalda ideya müəllifi kimi Müsavat Partiyasının başqanı Arif Hacılının adı çəkilir.

 

Müsavat Partiyasının funksioneri Yadigar Sadıqlı özünün "Facebook" səhifəsində yazıb:

 

"Məni satqın, öyrədilmiş, Müsavatı parçalayan elan etmək uğrunda yarış gedir"

 

“Müsavat Partiyası üzvlərinin qapalı qrupunda başqan Arif Hacılının xeyir-duası ilə məni satqın, öyrədilmiş, Müsavatı parçalayan elan etmək uğrunda yarış gedir. Kimlərin etdiyini soruşmayın, əksəriyyətini heç tanımazsınız, profillərində hakimiyyət əleyhinə söz tapmazsınız”.

 

Müsavat Partiyasının Məclis üzvü Könül Şamilqızı da narazılardandır. Könül Şamilqızı sosial şəbəkədə digər nazrazıların da adını çəkib.

 

 

"Hamının çıxışını verib Yadigar Sadıqlının çıxışını “senzura”ya uğradanlar..."

 

“Tofiq Yaqublu Müsavat başqanının müavini olaraq Amerikada görüşlər keçirəndə tək cümləlik xəbər yazmayanlar, Müsavat Partiyasının qərərgahındakı tədbirdən hər kəsin şəklini və adını verib, “nədənsə” Qadınlar Təşkilatının sədri və Divan üzvü Alya Yaqublunu “unudanlar”, Məclis üzvü Könül Şamilqızı Leyla Rəsulzadənin məzarını tapanda ən yuxarı səviyyədə “hələ yoxlamaq lazımdır” deyib “zəhmətkeşlərə” publik şəkildə “yalandır” yazdıranlar və bu qədər səs gətirən bir xəbərə öz media orqanlarında kor olanlar, Novxanıda hamının çıxışını verib Divan üzvü Yadigar Sadıqlının çıxışını “senzura”ya uğradanlar indi durub çox rahat bir şəkildə hansısa “uğur hekayələrinin” paylaşılmamasından giley güzar edirlər”- deyə, K.Şamilqızı qeyd edib.

 

K.Şamilqızı Müsavat Partiyasının Avropa qolu hesab edilən AKM-ə etiraz etdikləri üçün onların hədəf alındığına da işarə vurub:

 

“Məhz Müsavat Partiyasının zəiflədilməsinə, dərnəkləşdirilməsinə etiraz etdiyi, başımıza açılan AKM oyununa qarşı çıxdığı üçün “düşmən”, “xain”, “separatçı”, “hakimiyyətə işləyən”, “hakimiyyətdən pul alan”, “hakimiyyəti icazəli təndiq edən” iftiralarına məruz qoyduqları adamlardan “niyə bizim paylaşımlarımızı bəyənmirsiz” tələbində bulunurlar.

Hələ biri var, “işimi itirərəm” deyə Müsavat Partiyası ilə bağlı bir cümlə yazmır, dindirəndə “mübarizə "Facebook"da olmur” deyir, amma işini, azadlığını, imkanlarını Müsavat üçün mübarizədə itirən Elmana, Yadigara, Tofiqə, Alyaya dil uzadır”. 

 

Maraqlıdır, Müsavat Partiyasında nə baş verir? 

 

Partiyanın Divan üzvü Razim Əmiraslanlı açıqlamasında məsələyə aydınlıq gətirib: 

 

"Partiyada hətta başqana da etiraz edənlər olur"

 

“Müsavat Partiyasında heç bir problem yoxdur. Bunu çox səmimi deyirəm. Yadigar Sadıqlının sözləri obrazlı desək, “dırnaqdan başa” böhtandır. Elə bir şey yoxdur. Arif Hacılı heç bir zaman kiməsə qarşı kampaniya aparılmasına nəinki göstəriş verməz, heç bunu ağlından belə keçirməz. Bilmirəm, Yadigar bunu nəyə əsasən deyir, amma Müsavat Partiyasından kimsə kimisə tənqid edə bilər, dediyi sözə, davranışına görə, lakin bu, o demək deyil ki, buna kimsə göstəriş verib”.

 

Razim Əmiraslanlı Könül Şamilqızının dediklərini də “absurdun absurdu” adlandırıb: 

“Müsavat Partiyası çox demokratik bir təşkilatdır. Bunu bütün cəmiyyət bilir. Müsavat Partiyasında fikir ayrılığı ola bilər, amma kiməsə qarşı kampaniya aparmaq gerçəkdən absurddur. Belə bir hal nəinki yoxdur, heç ola da bilməz. Müsavat monolit bir təşkilatdır. Partiyada hətta başqana da etiraz edənlər olur, yəni demokratik bir təşkilatdır. Qətiyyətlə deyirəm ki, belə bir hal ola bilməz”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu