Uşağı döyməklə tərbiyə etmək olarmı? -

17:01 17-04-2019 | icon 559 | Cəmiyyət
Uşağı döyməklə tərbiyə etmək olarmı? -

 

Uşaqları düzgün tərbiyə üsulu zamanı cəzaya ehtiyac duyulanda ən çox əl atılan üsul məhz döyülməkdir. Nədənsə ta bineyi-qədimdən döyülmək bizim tərbiyə üsulmuzdur. Psixoloqlar döyülmənin tərbiyə prosesini pozduğu qənaətindədirlər. Belə ki döyülən uşaqlarda aqressiya artır və ana-ataya qarşı nifrət yaradır.



Versus.Az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Sakin: "Balaca uşaq olanda atam o qədər döyüb, sonradan a]ıllı olmuşam. Sonradan atamın qədrini bilmişəm ki, atam düz deyirdi".

Sakin: "Mən də uşaqlarımı vaxtıkən hansısa problemlər olanda  vurmuşam. Amma indi peşman olmuşam".

Aida Nəbiyeva - Psixoloq: "Tərbiyə üsulunda döyülməni ümumiyyətlə tərbiyə metodu kimi istifadə etməsinlər. Alternativ üsullardan daha çox istifadə etsinlər. Mükafatlandırma kimi, rəğbətləndirmə kimi, oyun kimi, söhbət kimi, yarış kimi. Bu tip şeylərdən daha çox istifadə etsinlər və emosional küskünlüklərdən də istifadə edə bilərlər".

Valideyn uşağı tərbiyə etməyin daha effektiv yolunu axtarmaq əvəzinə daha asan olan fiziki gücü tətbiq edir ki, bu da uşaqların fikirlərini sərbəst ifadə etməsinə mane olur. Belə olan halda uşaqların cəmiyyətlə, ətrafla münasibətli sərt və kobud olur. Aqressiyanı yoldaşlarına və müəllimlərinə ötürən uşağın məktəbdə döyülmə ehtimalı da mümkün olur.

Kamran Əsədov - Təhsil eksperti: "Cəza növləri kimi zorakılğın tətbiq edilməsi ən son həddə olsa belə mümkün  deyil. Çünki 2014-cü ildə qəbul edilmiş "Müəllimlərin etik-davranış qaydaları"na görə müəllimlərin şagirdlərə qarşı hər hansısa bir zorakılıq tətbiq edilməsi yolverilməzdir. Qanunvericilik aktlarında şagirdlərin  cəzalandırlması üçün kifayət qədər  mexanizmlər var amma biz bunların demək olar ki heç birini tətbiq etmirik".

Döyülmənin cəza növü olduğunu düşünsək döyülməni tətbiq edənin özü də cəzasız qalmır.

Tahir Əlirzayev - Vəkil: "Kiminsə kimisə döyməsi inzibati xətadır. İnzibati Xətalar məcələssinin 157-ci maddəsinə görə döymə inzibati xəta hesab olunur və inzibati xətanı törədən şəxsi 300 manatdan 500 manatadək cərimə və inzibati xətanın xarakteri nəzərə alınaraq 2 ayadadək inzibati həbs nəzərdə tutulub".

Aristotelin sözü ilə desək, döyməklə uşağı yalnız korlamaq olar. Onların nəsihətdən çox yaxşı nümunəyə ehtiyacı var. Yəni özünüzü tərbiyə edin və övladlarınıza ola biləcək ən yaxşı nümunə olun ki, sonrasında özünüz utanmayasınız.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür