Prezidentin sərəncamı yenə yarımçıq icra edilir - QAZİLƏRDƏN NARAZILIQ

17:08 17-04-2019 | icon 498 | Sosial
Prezidentin sərəncamı yenə yarımçıq icra edilir - QAZİLƏRDƏN NARAZILIQ

"Xahiş edirik ki, məsələni yenidən müzakirə edib cənab Prezidentin diqqətinə çatdırasınız"

 

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun fikrincə, Azərbaycan Prezidentinin sərəncamı yenə yarımçıq icra edilir.


Prezident İlham Əliyevin 2019-cu il fevralın 25-də imzaladığı sərəncamda müharibə veteranları üçün Prezidentin aylıq təqaüdünün təsis olunması nəzərdə tutulur.

Sərəncama uyğun olaraq, aprelin əvvəlindən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət (55 manat) əvəzinə, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə (11 manat) əvəzinə Prezidentin 80 manat məbləğində aylıq təqaüdü təyin olunub.

 

Versus.Az qazilər.az-a istinadən məlumat verir ki, Qarabağ qazisi Rey Kərimoğlu Prezidentin bu sərəncamının yarımçıq icra olunduğunu bildirir. O öz feysbuk səhifəsində Qarabağ veteranları ilə şəhid ailələri və qazilər arasında ayrı-seçkilik qoyulduğunu bildirərək bunları yazıb:

"Əziz şəhid ailələri və Qazi (yəni Qarabağ əlilləri) qardaşlarımız!

Bildiyiniz kimi, 2001-ci ildə Şəhid ailələrinin, Qarabağ əlillərinin və müharibə iştirakçılarının kommunal və nəqliyyat güzəştləri ləğv ediləndə onların əvəzinə hər 3 təbəqəyə kompensasiya verilirdi. Son vəziyyət belə idi: 55 manat müharibə veteranlarına, 12 manat şəhid ailələrinə, 11 manat isə Qarabağ əlillərinə (pensiyalarının üstünə hesablanırdı) verilirdi. Müddətdən Artıq Xidmət Edən Qarabağ əlilləri isə bunu almırdı. O cümlədən, pensiyaya çıxan müharibə veteranlarının da 55 manat verilirdi.

Azərbaycan Prezidentinin 2019-cu il 25 fevral tarixli sərəncamı ilə 55 manat 80 manat-a qaldırıldı və pensiyaya çıxan bütün müharibə iştirakçıları 80 manat alacaq. Bunun üçün onlara ayrıca 80 manat məbləğində Prezident təqaüdü təyin edildi. Çox sevindik və prezidentin bu addımını alqışladıq və təşəkkürümüzü bildirdik.

Amma Şəhid ailələri və Qarabağ əlillərinin kommunal və nəqliyyat güzəştlərinin əvəzinə müəyyənləşmiş kompensasiyasının məbləği qaldırılmadı. Bizə verilən şifahi rəsmi məlumata görə, Şəhid ailələrinin pensiyasının üstünə əvvəlki kimi 13, Qarabağ əlillərinin pensiyalarının üstünə isə 11 manat əlavə ediləcək. Səbəb kimi də göstərilir ki, Şəhid ailələri və Qarabağ əlilləri Prezident təqaüdü alır və onun məbləği 70 manat artırılıb.


Biz Qarabağ qaziləri olaraq düşünürük ki, bu ədalətsizlikdir! Kommunal və nəqliyyat güzəştlərinə görə nəzərdə tutulan 80 manat bütün Şəhid ailələrinə, Qarabağ əlillərinə, o cümlədən "20 yanvar" əlillərinin hamısına verilməlidir! Niyə ayrı-seçkilik olmalıdır?!

Dövlətimizin bu təbəqəyə göstərdiyi diqqət və qayğının üstünə kölgə salmaq niyyətimiz yoxdur. Xüsusi ilə hörmətli Sahil Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri kimi müsbət mənada fəaliyyəti həmişə diqqətimizdədir. Onu da qeyd edim ki, Şəhid ailələrinin, Qarabağ və "20 yanvar" əlillərinin, müharibə veteranlarının hüquqlarını qoruyan təşkilatların nazirlik qarşısında qaldırdığı bir çox məsələlər həll edilib, bir hissəsi isə yüksək səviyyədə müzakirə edilir.



Amma bu məsələdə (80 manat) ədalətsizliyə yol verildiyi qənaətindəyik! Son günlərdə rəsmilərlə aparılan görüşlərdə də bu narazılığımızı və arzularımızı dilə gətirmişik.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Prezidenti Administrasiyasında bu işlə məşğul olan, əziyyət çəkən hər kəsə minnətdarlığımızı bildirməklə yanaşı yuxarıda qeyd edilən ədalətsizliyə narazılığımızı da ifadə edirik!

Və xahiş edirik ki, məsələni yenidən müzakirə edib cənab Prezidentin diqqətinə çatdırasınız.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…