Aİ enerji səmərəliliyi üzrə layihədə Azərbaycana milyonlarla dollar ayırmağı planlaşdırır

18:11 17-04-2019 | icon 563 | Siyasət
Aİ enerji səmərəliliyi üzrə layihədə Azərbaycana milyonlarla dollar ayırmağı planlaşdırır

 

"Avropa İttifaqı (Aİ) Azərbaycanın Enerji səmərəliliyi və ekologiya üzrə Şərqi Avropa tərəfdaşlığı proqramına (E5P Fondu) qoşulacağı təqdirdə ölkəyə 5 milyondan 10 milyon dollaradək vəsait ayıra bilər".

 

Versus.Az xəbər verir ki, bunu Trend-ə Aİ qonşuluq siyasət üzrə baş direktorluğunun Şərq tərəfdaşlığı ölkələrində qarşılıqlı fəaliyyət üzrə sektor rəhbəri Maykl Rupp deyib.

 

O bildirib ki, E5P Fondu iri regional proqramdır:

 

"Avropa Yenidənqurma və İnkişaf Bankının idarə etdiyi bu layihəyə Azərbaycan istisna olmaqla Şərq tərəfdaşlığının 5 ölkəsi daxildir. Hələlik danışıqlar aparılır. Biz Azərbaycan hökumətindən konkret təkliflər gözləyirik və zərurət olacağı təqdirdə yardım göstərməyə hazırıq".

M.Rupp qeyd edib ki, Azərbaycana əməkdaşlığın təklif edildiyi əsas istiqamətlər arasında binaların günəş enerjisi ilə təmin olunması enerjiyə qənaət etməyə imkan verəcək.

Qeyd edək ki, E5P Fondu Şərq tərəfdaşlığı ölkələrində enerji səmərəlili proqramlarına kömək göstərən və müxtəlif donorların iştirak etdiyi bir fonddur.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI