DGKA-da əməliyyat-taktiki təlim keçirildi -

18:54 17-04-2019 | icon 738 | Təhsil
DGKA-da əməliyyat-taktiki təlim keçirildi -

Dövlət Gömrük Komitəsinin Akademiyasında xüsusi ayrılmış “Gömrük orqanlarının texniki nəzarət vasitələri” fənn xidməti otağında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün “Narkotik vasitələrin, psixator maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda “işgüzar oyun” formatında əməliyyat-taktiki təlim keçirilib.

Versus.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin rəisi, gömrük xidməti polkovniki İlkin Osmanov, Akademiyanın əməkdaşları Şahin Hüseynov və Natiq Axundov təlimdə iştirak ediblər.

Təlim zamanı qeyd edilən təlimçilərin nəzarəti altında dinləyicilər texniki-nəzarət vasitələrindən və gömrük nəzarətinin müxtəlif formalarından - sorğular, şəxsi yoxlama və s. istifadə etməklə sərnişinlər və onların yüklərində reallığa yaxın şəraitdə qaçaqmalçılıq cinayətlərinin predmeti olan əşya, maddələrin, narkotik vasitə, odlu silah, soyuq silah və onlara aidiyyəti olan şübhəli şəxslərin aşkar olunması ilə bağlı tədris prosesində əldə etdikləri bilikləri praktiki fəaliyyətdə nümayiş etdiriblər. 

Dörd saat ərzində keçirilən təlimdə xüsusi fərqlənən əməkdaşlar qeyd edilib. 

Təlimin nəticələri nəzərə alınaraq əməkdaşlara elmi-nəzəri qanunvericilik və onun tətbiqi baxımından konkret tövsiyələr verilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı