Ermənilər haqqında tarixi həqiqətlər

19:06 17-04-2019 | icon 1013 | Tarix
Ermənilər haqqında tarixi həqiqətlər

Ermənilər dövlət qurmuşdularmı?

 

Versus.Az xəbər verir ki, ermənilərin bəd əməlləri, niyyətləri və daxili xisləti ilə bağlı dünyanın tanınmış adamları aşağıdakəları demişlər:

 

1. a) «Bu hökumət deyir ki, Qafqazda Gürcüstan və Azərbaycan ola bilməz.Burada ancaq bir Ermənistan ola bilər. Qafqazın hamısı ya gərək Ermənistan olsun, ya da Ermənistana tabe olmalıdır».

 

b) «Urartu dili və xalqı ilə erməni dili və xalqının heç bir qohumluğu yoxdur. Ermənilər Urartuya eramızdan əvvəl VI əsrdə gəlmişlər. Urartulardan bəhs edən mixi yazılar isə eramızdan əvvəl IX əsrə aiddir. Aydındır ki, bu yazıların ermənilərdən bəhs etdiyini güman edənlər böyük səhvə yol verirlər. Çünki mixi yazılar ermənilərin gəlişindən azı üç əsr əvvəl yazılmışdır və buna görə də onlardan bəhs edə bilməzdi».

 

c) «Ermənilər Frigiyadan gəlmədirlər. Onlar tədricən Frigiyadan şərqdə yerləşən yüksəkliklərə yiyələnərək, oradan qədim urartuluları sıxışdırmış, onların adına, dininə, dilinə və rəvayətlərinə yiyələnib, özlərininki ilə əvəz etmişlər» (Fransua Lenorman).

 

Buradan heç də o nəticə çıxarılmamalıdır ki, ermənilər elə güclü imişlər ki, urartuları sıxışdırmışlar. Yox, tarixdən məlumdur ki, e.ə. VII əsrdə Assuriya hökmdarı Sarqon Urartu dövlətini çox ciddi surətdə məğlub edir və hökmdar Russa özünü intihar edərək öldürür. Dağıdılmış bu ölkəyə isə fürsəti əldən verməyən ermənilər sahib olurlar. «Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım» – demişdir atalar. Bu kökəni ermənilər Türkmənçay sülh müqaviləsində də tapdılar. İrəvan və Naxçıvan xanlıqları «Erməni vilayəti adlandırıldı. Yuxarıda deyildiyi kimi, heç bir sosial baza yox idi. Rusiya imperiyası dağıldıqda isə indiki «Ermənistan» yaradıldı.

 

2. Lenormana görə ermənilər urartulu adına nahaq yiyələnmişlər və keçmiş «Böyük Ermənistan»ı nahaq özlərinin əzəli vətəni sayırlar (Henrix Raulinson).

 

3. Məhz o mixi yazılar ki, ermənilərin xeyrinə izah edilir, həmin yazılar məşhur Lenorman tərəfindən diqqətlə öyrənilmiş və ermənilərə aid olması qəti rədd edilmişdir.

 

4. «Həqiqətən, erməni xalqı tarix səhnəsində yalnız eramızdan əvvəl VII əsrdə Urartu dövlətinin süqutundan sonra görünməyə başlamış… və gəlmə xalqdır». («Armyanskaya traqediya 1915 qoda». Baku, 1990. s.15).

 

5. «Qodim rəvayoto görə İncil cənnoti Ermənistanın ərazisindədir. Başlanğıcını Ermənistandan alan Dəclo və Fərat çayları da Cənnət çaylarıdır»(Xaçatur Abov-yan).

 

6. T. Svyatoxovski müxbirin sualına cavab olaraq demişdir: «Azərbaycanda yaşayan ermənilər də daxil olmaqla, Zaqafqaziyada yaşayan bütün ermənilər köklü xalq deyil, gəlmədirlər. Onların böyük hissəsi XIX əsrdə İran və Türkiyədən köçürülüblər».

 

7. «Ulu Şahım,… Beynənnəhreyndən (Mesopotamiyadan-Dəclə və Fərat çayları arasından) Van gölü sahillərinə, oradan da Qafa (Qafqaza) oğuz-türk torpaqlarına gələn ermənilər saziş şərtlərinə görə sənətkarlıqla məşğul olmaq əvəzinə, məskunlaşmağa can atır, ufacıq kilsələr tikdirir, beləliklə, bu tayfanın Qafda qədim mövcudiyyəti təsəvvürü yaradırdılar ki,bu da istiqbalda nəsillərimizə başağrısı verəcək… Bu işləri Ağkilsə (Eçmiədzin) kəndində əyləşən Dünya ermənilərinin katolikosu II Qriqori maliyyələşdirir. Qarışıq nikahlar məni qorxudur, Şahım! Mənə səlahiyyət ver, cəmi 15 min gəlməni mövsümi işçilər kimi qisim-qisim qaytarım Vətənin dişarına. Sənin qulun Rəvan xan». («İrəvan əyalətinin icmal dəftəri», 1519, (İrəvan qalabəyisi və Qərbi Azərbaycan bəylərbəyi Rəvan xanın Şah İsmayıl Xətaiyə məktubundan).

 

8. «Ermənilər «Erməni yaylası» adlanan sahənin Qərbində yaşayırlar» (yəni müasir Ermənistandan xeyli uzaqda). (Herodotun «Tarix» kitabından).

 

9. Məşhur akademiklər İ. Orbeli, S. Yeremyan və digər erməni alimlərinin dəqiq elmi araşdırmaları, Qarabağ erməni əhalisinin diş sisteminin analizi göstərmişdir ki, əsl ermənilər bu ərazidə gəlmədirlər. Əvvəlki Qarabağ erməniləri isə albanlardan dönmədirlər. İndi yaxşı məlumdur ki, müasir Ermənistan erməni etnosunun vətəni deyil, burada o, qeyd-şərtsiz gəlmə ünsürdür. Qədim erməni xalqı bizim eradan əvvəl I minilliyin I yarısında yuxarı Fərat çayı vadisində yerləşmişdir. Hələ Herodotun zamanından ermənilər Erməni Yaylası adlanan ərazinin qərb hissəsində məskunlaşmışlar. Ksenofont da Herodotun dediklərini təsdiq edir».(İqrar Aliev).

 

10. «…Əslində Ermənistanda yaşayan azərbaycanlıların torpağı tarixən onların öz qanuni torpağıdır və onlar bir sahib kimi öz erməni «qonaqlarına» yaxşı münasibət göstərmişlər. Lakin Azərbaycanın Zəngəzuru ermənilərə, Qazax rayonunun bir hissəsi isə Gürcüstana verilmişdir» (Odri L.Altstadt).

 

11. «Ermənilərin əcdadı Çarox çayı hövzəsindən gəlmişlər.

 

12. «Ermənilərin əcdadı Balkanlardan gəlmişlər».

 

 

13. Ermənistan Araz çayından çox cənubda – o çayın qolu olan Qaraçayın Qərbində yerləşir və Qafqaza dəxli yoxdur.

 

14. «Erməni xalqı öz dövlətçiliyindən çox tez-bizim eranın V əsrində məhrum olmuşdur. Həm də Qafqazda yox, Mesopotamiyada». (Yuriy Pompeyev, Qarabağ qan içində, «rusca»).

 

 

15. Seleviki imperiyası b.e.ə. 189-cu ildə dağıldıqdan sonra Ermənistan romalıların ixtiyarına keçdi. Orada sərdarlıq edən fars mənşəli qardaşlar – Artaksiyas və Zariardis Roma senatının himayəsinə keçdi. Bu vaxtdan Ermənistanda Əhəmanilərin sülaləsi müstəqil dövlətlərinin bərpası mübarizəsi başladı. Fars əsilli II Mitridat (b.e.ə. 123-88-ci illər) idarəçiliyi zamanında müvəffəqiyyət qazandı. O bütün Ermənistanı tutdu və Romadan asılı olan erməni knyazı II Artavazdın oğlu Tiqranı girov götürdü. Tiqran atasının ölümündən sonra (b.e.ə. 95 və ya 94-cü ildə) baş vermiş tarixi məqamdan (İran və Roma müharibələrinin səngiməsindən) istifadə edərək atasının Mitridat tərəfindən tutulmuş torpaqların bir hissəsini qaytardı və orada özünü çar elan etdi (b.e.ə. 95-65-ci illər). Onun hökmdarlığı altında isə müxtəlif xalqlar mövcud idi. Tiqran isə fars əsilli idi Ermənilər adlarına çıxardıqları bu çarlıq 30 il davam etdi. Bundan sonra tarixi-coğrafi ad olan Ermənistan gah İranın, gah da Romanın hökmranlığına keçirildi.

 

16. «Heç bir zaman Gürcüstanın köklü əhalisi olmayan erməni milləti görün hansı nəticələrə çatmışdır!?» (İ. K. Kanadşev)

 

17. «Bütün qafqazlılar bilirlər ki, ermənilər burada köklü xalq kimi mövcud olmamış Türkiyə və İran qaçqınları kimi XIX yüzilliyin birinci yarısında görünməyə başlamışlar» (V.L.Veliçko V.Kavkaz: Russkoe delo i mejduplemennıe voprosı,1954, s.80 )

 

 

18. «1908-ci ildə Qafqazda yaşayan 1 milyon 300 min ermənidən 1 milyonu 1828-ci ildən sonra İran və Türkiyədən Qafqaza köçürülənlərdir (N.İ.Şavrov).

 

19. Onlar əlverişsiz siyasi-coğrafi mövqeyi bəhanə gətirir, dünyaya qapı açmaq üçün Qara dənizə can atır, bununla da kifayətlənməyib Voronejə qədər yiyələnmək istəyirlər. (V.L. Veliçko ).

 

20. Ermənilər Qafqazda və dünyada yaranmış vəziyyəti özlərinin «Böyük Ermənistan» ideyasını həyata keçirmək üçün əlverişli hesab edərək Azərbaycana qarşı yeni-yeni ərazi iddiaları irəli sürməyə başlamış və Azərbaycan torpaqlarındaNaxçıvan, Zəngəzur və Qarabağ qəzalarında etnik təmizləmə və türk-müsəlman soyqırımı siyasəti yeritmişlər ( Dj. K. Makkarti. «Turki i Armeniya»).

 

21. Əlbəttə, ermənilər Azərbaycan torpaqlarında, hətta indiki Ermənistan Respublikasının torpaqlarında da avtoxton əhali deyillər. X.Hyubşman, Q.Bonfante, E. Benvenist kimi nüfuzlu alimlər, o cümlədən görkəmli erməni alimi, akademik Y. Manandyan belə hesab edirlər ki, ermənilərin ulu babaları və onlara qohum olan frako-frikiya tayfaları hələ e.ə. II minilliyin əvvəllərində Balkan yarımadasında, daha erkən dövrdə isə Qara dənizdən şimala tərəf vilayətlərdə yaşayırdılar.

 

22. Məhz bu tayfalar, qrupu və başqaları da e.ə. XVIII əsrin ortalarında Kiçik Asiyaya soxulmuşlar. (Dyakonov)

 

23. Ermənilər Kiçik Asiyada görünəndən sonra onların uzun sürən yerdəyişmələri, müxtəlif tayfalarla qaynayıb qarışması baş verir; e.ə. II minilliyin ortalarından bir qədər sonra və e.ə. I minilliyin ortalarından əvvəl Erməni Yaylası adlanan ərazidə yerləşirlər. Onlar buraya sinifli cəmiyyətdən bixəbər, həm də əkinçiliklə məşğul olan köçəri maldarlar kimi gəlmişlər; dağ təbiəti və erkən sinifli cəmiyyətin sosial şəraiti ilə hələ o zaman erməni dilinə keçməmiş avtoxtonlar vasitəsilə tanış olmuşlar.

 

24. «Qədim ermənilər, təxminən bizim eradan əvvəl birinci minillikdə, Fərat çayının yuxarı vadisi zonasında meydana gəlmişdir. 28 Göründüyü kimi, İ. M. Dyakonovun mülahizələrində ziddiyyətlər vardır. Belə ki, o bir tərəfdən ermənilərin Kiçik Asiyaya gəlmələrini b.e.ə. XVIII əsrin ortalarına aid edir, daha doğrusu b.e.ə. II minilliyin ortalarından sonraya, digər tərəfdən isə ermənilərin Kiçik Asiyada, Fərat çayının yuxarı vadisində e. ə. I minillikdə göründüklərini bildirir. Müfəssəl və dəqiq fakt yoxdur. Görünür, o bu mülahizələri dəqiq faktlara əsaslanmadan irəli sürmüş, bu barədə öz fikrini deməmişdir.

 

25. Ermənilər şimala doğru hərəkət edərkən də İran, Türkiyə və Qafqazda torpaq iddialarından əl çəkməmişlər. Onların arzu etdikləri «Böyük Ermənistan» Qafqazla birlikdə Şimala doğru Voronejə qədər götürüldükdə Fransanın ərazisindən də çoxdur (V. Z. Veliçko, Kavkaz: Russkoe delo… s.134).

 

 

26. «Tarixçilərin qeyd etdiyinə görə, tarixən balaca bir ölkə olan Ermənistan Artaks və Zariadrisin, eləcə də onların tərəfdarlarının səyləri nəticəsində böyümüşdür». (Strabon. Coğrafiya. 11-ci kitab.c.123.)

 

27. «Ermənistan heç bir zaman bəşər tarixində xüsusi rol oynamamışdır. Bu ermənilərin yayılıb səpələndikləri bir regionun coğrafi adıdır». (K. Patkanov.Vanskie nadpisi…s.97)

 

28. «Antik dövrdə ermənilərin əsl vətəni olan Böyük Ermənistan Kiçik Asiyada, yəni Rusiyadan kənarda yerləşirdi».

 

29. «İndiki Dağlıq Qarabağ orta əsrlər Albaniyasının bir hissəsi olmuş, sonradan erməni feodalları tərəfindən zəbt edilmişdir». (İ.Orbeli. Seç.əsərləri, (rus dilində) s.91)

 

30. «Eramızdan əvvəl VII və VI əsrlərdə meydana gələn Hind-Avropa xalqlarından olan ermənilərin gəlişindən qabaq, indi Ermənistan adlanan ərazidə yerli Kaldis və Xaldem xalqı yaşayırdı. Onların ölkəsi Urartu adlanırdı»«Ermənistandan şimalda Qafqaz arxasında iki ölkə yertəşirdi. İberiya (indiki Gürcüstan) və Albaniya (indiki Azərbaycan)». «Daha sonralar erməni missionerləri albanların ölkəsini (müasir Azərbaycan) xristianlaşdırmağa başladılar» (H. Pastırmacyan. Ermənistan tarixi, 95)…

 

Y.Qazıyev. “Erməni məsələsi: yalanlar və gerçəklər” (Bakı, Nurlar, 2009) kitabından

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol