Kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilir

12:30 18-04-2019 | icon 699 | İqtisadiyyat
Kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilir

Kiçik və orta biznes (KOB) subyektlərinin maliyyə resurslarına çıxışlarının genişləndirilməsi, onların maliyyə savadlılığının artırılması məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Banklar Assosiasiyası (ABA) birgə əməkdaşlıq edəcək. Bu məqsədlə müvafiq qurumlar arasında qarşılıqlı əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

 

Versus.Az xəbər verir ki, sənədə əsasən KOBİA, Maliyyə Bazarlarına Nəzarət Palatası və ABA KOB-ların maliyyələşdirilməsi üçün dövlət maliyyə dəstəyi və özəl maliyyə-kredit təşkilatlarında tətbiq edilən mövcud mexanizmlərin effektivliyinin müzakirə edilməsi üçün birgə platforma yaradacaq, KOB-ların maliyyələşdirilməsində beynəlxalq təcrübəyə əsaslanan innovativ və alternativ maliyyələşdirmə mexanizmlərinin tətbiqi imkanlarını araşdıracaq, KOB-ların qiymətli kağızlar bazarına çıxışının və müvafiq bazar alətlərindən istifadəsinin təşviqi üçün birgə əməkdaşlıq edəcəklər. Tərəflər həmçinin, KOB-ların maliyyə savadlılığının artırılması, ölkə regionlarında bu sahədə müxtəlif mövzularda birgə maarifləndirmə tədbirlərinin keçirilməsi, KOB-ların inkişafına dair forum və dəyirmi masaların təşkili istiqamətlərində birgə tədbirlər reallaşdıracaqlar.


İmzalanma mərasimində çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi, onların maliyyə resurslarına çıxışının genişləndirilməsi Agentlik üçün prioritet məsələlərdəndir. Bu baxımdan Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyası ilə birgə həyata keçiriləcək layihələr və tədbirlər KOB-ların maliyyə resurslarına çıxışının genişləndirilməsində, bu sahədə birgə müzakirələrin aparılmasında və KOB-ların maliyyə savadlılığının artırılmasında əhəmiyyətli olacaqdır.

 

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov son zamanlar qeyri-neft sektorunun təşviq edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkənin maliyyə bazarlarında nəzərə çarpan müsbət dəyişikliklər, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində KOB-ların maliyyə resurslarına və kreditlərə çıxışında səmərəliliyin artırılması istiqamətində atılmış addımlar, ölkənin müxtəlif regionları üzrə kreditləşmə səviyyəsi və KOB-ların maliyyələşməsinin daha da stimullaşdırılması üzrə reallaşdırılan təşviqedici tədbirlər barədə məlumat verib. İbrahim Alışov bildirib ki, ölkə başçısı tərəfindən 28 fevral 2019-cu il tarixində imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman ucuz maliyyə vəsaitləri hesabına bankların likvidliyini təmin edəcəkdir ki, bu da öz növbəsində KOB subyektlərinin ucuz maliyyə resurslarına çıxışını təmin etməklə iqtisadiyyatda canlanmaya səbəb olacaqdır.

 

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Niyyət Protokolunun əhəmiyyətini vurğulayaraq bildirib ki, kiçik və orta biznesin maliyyə əlçatanlığının inkişafı məsələlərinin müzakirə ediləcəyi yeni bir platforma formalaşdırılacaq ki, bu, həm dövlət, həm də kredit təşkilatları tərəfindən KOB-lara maliyyə dəstəyinin göstərilməsini təmin edən mövcud mexanizmlərin beynəlxalq təcrübəyə və sahibkarların ehtiyaclarına uyğun olaraq təkmilləşdirilməsinə imkan yaradacaqdır. Beləliklə, kiçik və orta biznes subyektlərinin maliyyə ehtiyaclarının öyrənilməsi, prioritet sahələrdə biznes fəaliyyətinin dəstəklənməsi və onların maarifləndirilməsi istiqamətində işlər daha da əlaqələndirilmiş formada həyata keçiriləcəkdir.

 

Sevda Teymurova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı