Missiyanın danışıqlarda “xalq diplomatiyası” manipulyasiyası

12:55 18-04-2019 | icon 774 | Geopolitika
Missiyanın danışıqlarda “xalq diplomatiyası” manipulyasiyası

Əlabbas Məhərrəmli: “Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinin heç olmasa bir hissəsini boşaltsaydı...”

 

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə humanitar sahədə vacib hesab olunan “razılaşdırılmış” üç əsas məqam ətrafında müzakirələr, təhlillər bu gün də davam edir.

 

Qeyd edək ki, həmin məqamlardan biri, əsirlikdə saxlanılan hərbçilərin ailə üzvləri ilə görüşə bilməsi üçün tədbirlər görülməsi barədə razılıq əldə ediblər. İkincisi, xarici işlər nazirləri iki ölkənin sakinləri arasında təmasların qurulması, o cümlədən KİV nümayəndələrinin qarşılıqlı səfərləri yolu ilə konkret işlərə başlamağa hazırlıqlarını ifadə ediblər. Üçüncüsü isə onlar kənd təsərrüfatı işləri zamanı münaqişə zonasında sabit vəziyyətin saxlannması barədə razılığa gəliblər.

 

Humanitar sahədə önə çəkilən bu məqamlar beynalxalq güclərin xalqın sülhə hazırlanması prosesində irəliyə doğru addım kimi irəli sürülür. Lakin işğal faktının aradan qaldırılması ilə bağlı ciddi addımların atılmaması, işğalçı dövlətə qarşı hər hansı sanksiyanın tətbiqi ilə bağlı məsələnin dilə gətirilməməyi missiyasının danışıqlarda manipulyasiya etdiyini önə çıxarır.

Görüşdə humanitar məqamların “xalq diplomatiyası”nın elementləri olduğu aydındır və bu diplomatiyanın torpağı işğalda qalan xalqa nələri vəd etdiyi müxtəlif aspektlərdə təhlil olunmaqdadır.

 

“Sergey Lavrovun açıqladığı “yaxınlaşma” tipli “razılaşma” münaqişənin dinc yolla həlli istiqamətində hər hansı ümid yaratmır” 

 

Görüşün şərtlərini  şərh edən siyasi ekspert Əlabbas Məhərrəmli Versus.Az-a bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sonuncu Moskva görüşündən sonra Sergey Lavrovun açıqladığı “yaxınlaşma” tipli “razılaşma” münaqişənin dinc yolla həlli istiqamətində hər hansı ümid yaratmır. 

 

“Məlum olur ki, bu “razılaşma” qarşılıqlı səfərlər, o cümlədən jurnalistlərin səfərlərinin həyata keçirilməsini də nəzərdə tutur. Xatırladım ki, bundan əvvəl də QHT-lər səviyyəsində “xalq diplomatiyası”nın gücləndirilməsinə cəhdlər olmuşdu. Amma o cəhdləri nə münaqişənin nizamlanmasına, nə də qarşılıqlı etimadın yaranmasına təsir göstərmədi”.

Ə.Məhərrəmli  hesab edir, “xalq diplomatiyası” indi də nəticəsiz qalacaq. Ona görə ki, münaqişənin həllinə yönəlik heç bir razılaşma yoxdur. Əgər anlaşma yoxdursa, qarşılıqlı səfərlərin faydası nədir?

“Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinin heç olmasa bir hissəsini boşaltsaydı, o halda bu məsələnin perspektivi olardı. İndiki halda isə belə bir zəmin yoxdur”.

Politoloq eyni zamanda qarşılıqlı səfərlər məsələsinə münasibət bildirən Azərbaycan jurnalistlərinin mövqeyini dəstəkləyib.

Onlar Azərbaycan ərazisi olan Dağlıq Qarabağa Ermənistandan keçib getməyin qəti surətdə əleyhinə çıxıblar. Bu, doğru yanaşmadır”.

 

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”