“Qarabağla bağlı bütün təşkilatlara müraciətimiz olacaq”

14:27 18-04-2019 | icon 440 | Siyasət
“Qarabağla bağlı bütün təşkilatlara müraciətimiz olacaq”

 

Fuad Əliyev: "Eyni anda eyni adlı komitədə qalmağı mətnqtiqsiz hesab etdik"

 

 

“Aprelin 20-də Xalq Hərəkatının ilk məclisi keçiriləcək. Yəqin ki, həmin Məclisdə Xalq Hərəkatı Qarabağ Komitəsinin adından hər kəsə müraciət qəbul olunacaq”.

 

Bunu ALDP sədri Fuad Əliyev Versus.Az-a aprelin 20-də keçiriləcək məclisin işi və Qarabağ Komitələrinin gələcək aqibətləri ilə bağlı gözləntilərini açıqlayərkən deyib:

 

“Yaxşı olardı ki, Qarabağ Azadlıq Təşkilatının Qarabağ Komitəsi ilə Xalq Hərəkatının Qarabağ Komitəsi birgə tədbirlər keçirsinlər. Dövlətimizin bütövlüyü naminə apardığımız mübarizədə məqsəd birdirsə, mübarizəmiz də bir, yekdil olmalıdır”.

 

F.Əliyev bildirib ki, Qarabağla bağlı çox birliklər yarana bilər, amma Qarabağ birdir və hamı onun ətrafında birləşməlidir:

 

“Hesab edirəm ki, QAT sədri Akif Nağı özü heç bir quruma üzv olmadan daha uğurlu işləyirdi. Sonra Qarabağ Komitəsi yarandı və fikir haçalanması baş verdi. Qarabağla bağlı haçalanmanı düzgün hesab etmirəm. Xalq Hərəkatı Təşkilatı yaranandan sonra biz də həmin quruma daxil olduq və burda da bir Qarabağ Komitəsi yarandı. Sadəcə olaraq eyni anda eyni adlı komitədə qalmağı mətnqtiqsiz hesab etdik”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür