8237 nikah, 2718 boşanma…

14:35 18-04-2019 | icon 518 | Cəmiyyət
8237 nikah, 2718 boşanma…

 

Dövlət Statistika Komitəsi demoqrafik vəziyyətlə bağlı hesabat yayıb.

Versus.Az bildirir ki, 2019-cu il martın 1-nə olan statistikaya əsasən, əhalinin 49,9 faizini kişilər, 50,1 faizini qadınlar təşkil edib.

 

Yanvar-fevral ayları ərzində 23 min 400 doğulan körpə qeydə alındığı, onların 53,5 faizinin oğlan, 46,5 faizinin qız olduğu bildirilir.

 

İki ayda ölkədə 10 min 248 ölüm halı, 8237 nikah və 2718 boşanma rəsmiləşib.

 

Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları daimi yaşamaq üçün Azərbaycana 278 nəfər gələn, Azərbaycandan isə 226 nəfər gedən qeydə alıb.

 

Bu il aprelin 6-sı Bakıda Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib. Onun valideynləri Ağdərənin Baş Güneypəyə kəndindən məcburi köçkünlər kimi Ağdam rayonunda qeydiyyatdadırlar.

 

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol