"Ermənilər referenduma nail olmaq istəyir”

14:47 18-04-2019 | icon 543 | Qarabağ
"Ermənilər referenduma nail olmaq istəyir”

 

Qarabağ danışıqlarının  Moskva raundu ilə bağlı Azərbaycanda pessimist fikirlər çoxluq təşkil etdiyi halda, danışıqların təşəbbüskarı statusunda çıxış edən Rusiyanın baş diplomatı Sergey Lavrov ümidli danışıb.

Düzdür, Sergey Lavrov azərbaycanlıların yaddaşında daha çox “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” fikri ilə yadda qalıb və bu mənada onun ədalətli nizamlanma tərəfdarı kimi çıxış edəcəyinə inanmaq olmaz. Ancaq istənilən halda, Moskva görüşündə əldə olunan razılaşmaların davamında nələrin baş verəcəyi hamını maraqlandırır. Məlum olduğu kimi, vasitəçilər də regiona növbəti səfərlərini planlaşdırıb. Görünən budur ki, Rusiya ev sahibliyi ilə keçirilən görüşdə prosesdə “mühüm” razılaşmaların əldə olunduğunu nümayiş etdirməkdə israrlıdır, Lavrovun dedikləri də bundan xəbər verir.   

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmalar kağız üzərində qalmamalıdır”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov serbiyalı həmkarı İvitsa Daçiçla keçirdiyi birgə mətbuat konfransında deyib.

Rusiyalı diplomat deyib ki, həm Bakı, həm Yerevan bu razılaşmaların kağız üzərində qalmamasında maraqlıdır: “Biz burada mənim iştirakımla və sonradan ATƏT Minsk qrupunun həmsədrlərinin və ATƏT-in hazırkı sədrinin nümayəndəsinin qoşulması ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü keçirdik. Azərbaycanın xarici işlər nazir Elmar Məmmədyarov bildirib ki, görüş zamanı 2016-cı ilin təklifləri müzakirə olunub. Mənim əlavə sözüm yoxdur. Bu təkliflərin məzmununa gəldikdə isə, həmsədr ölkələrin dövlət başçılarının çoxsaylı bəyanatları möhkəmlənmiş yanaşmalar məcrasında hərəkət edir”.

Görüş zamanı qeyd olunmuş humanitar tədbirlərə gəldikdə isə S.Lavrov qeyd edib ki, onlar birgə bəyanatda dəqiq əks olunub: “Bu tədbirlər tərəflərin xüsusən kənd təsərrüfatı işləri zamanı vəziyyətin sabitləşməsi üçün əlavə səylərini, qarşı tərəfdə əsirlikdə saxlanan şəxslərin yaxınları tərəfindən ziyarət olunmasına kömək göstərilməsini və insanlar arasında təmaslar, xüsusilə KİV nümayəndələrinin səfərlərinə şəraitin yaradılmasını əhatə edir. Hesab edirəm ki, bu, faydalı razılaşmadır. Bakı və Yerevan bu razılaşmaların kağız üzərində qalmamasında maraqlıdır. Biz buna kömək edəcəyik”.

Versus.Az-ın xəbərinə görə politoloq Arzu Nağıyev deyib ki, Lavrovun nikbinliyinə tam şəkildə inanmaq olmaz: “Məlumdur ki, əsas məqam kimi humanist addımlar ön plana çəkilib və həqiqətən də onların həyata keçirilməsi hər iki tərəf üçün o qədər də çətin olmamalıdır. Sadəcə olaraq onların həyata keçirilməsi üçün icra mexanizmi lazımdır. Bu, həm KİV nümayəndələri, həm əsir və girovların qohumlarının görüşməsinə şəraitin yaradılması, eyni zamanda kənd təsərrüfatı ilə bağlı təmas xətti boyunca və sərhədlərdə atəşkəsə riayət etməkdən ibarətdir”.

Ekspert qeyd etdi ki, bütün bunlar həyata keçməsi mümkün məsələlərdir: “Təbii ki, qlobal problemlər qalmaqdadaır. Lavrov ATƏT-in Minsk Qrupunda təmsil olunan ən mühüm və açar dövlətlin, yəni Rusiyanın xarici işlər naziri kimi görüşün də təşəbbüskarlarıdır. Deməli, icra nəzarətini də həyata keçirməlidir. Ona görə də növbəti görüşdə məsuliyyət onun da üzərinə düşür və çalışmalıdırlar ki, bu məsələlər öz həllini tapsın”.

Politoloq Tofiq Abbasov isə bildirib ki, manipulyativ yanaşma əvvəlkitək İrəvanın mövqeyini əks etdirir: “Rəhbərlərin Vyana görüşündə separatçıların prosesə cəlb olunması məsələsi gündəmdən çıxarıldı və bu prezident Əliyevim təkidiylə qəbul edildi. Lakin buna baxmayaraq, Paşinyan yenə də Azərbaycana təlqin etməyə çalışır ki, bu məsələ həllini gözləyir. Nəhayət, İrəvan iddia edir ki, gücdən istifadə məsələsi də mümkünsüzdür, guya bunu ermənilər təmin etmək iqtidarındadırlar. Bakı buna qərar versə, istənilən an vəziyyət dəyişə bilər”. T.Abbasov digər məqamı da vurğuladı: “Nazirlərin görüşündən səslənən bəyanatlarda tərəflər, o cümlədən həmsədrlər ictimai səviyyəli görüşlərin keçirilməsini, eləcə də dinc sakinlərin jurnalistlərlə təmaslarda olması ilə bağlı ümidverici ideyaları müzakirələrdən sonra qəbul olunmasının dedilər. Əgər bu səviyyədə hər hansı bir hərəkət olarsa, onda real tərpənişə ümid etmək olar. İndi vacib görünən məhz budur”.

Ermənişünas alim Qafar Çaxmaqlı da pessimistdir: “Nazirlərin bu görüşünün də fiaskoya uğradığı göz qabağındadır. Elmar Məmmədyarovun görüşlə bağı açıqlamasından anlaşılan budur ki, ermənilər yenə status məsələsini və erməni əhalinin təhlükəsizliyini ortaya atırlar. Bu isə o deməkdir ki, Qarabağ erməniləri üçün öz müqəddəratını təyin etmə haqqı tanınsın və statusla bağlı öngörülən üstün haqlar tanınsın. Elə məsələ də bundadır. Azərbaycan Dağlıq Qarabağa Azərbaycanın tərkibində müəyyən haqlar verilməsinə razılaşır. Amma gərək bu haqq və hüquqlar gələcəkdə qurumun Azərbaycanın tərkibindən çıxması kimi bir təhlükə yaratmasın. Ermənilər isə əhalinin öz müqəddəratını təyin etmək haqqı üçün çalışır - yəni referenduma nail olmaq istəyir”.

Ekspert dedi ki, buna razılaşmaq Dağlıq Qarabağı itirməyə bərabərdir: “XİN rəhbərlərini görüşündə bunlardan danışılıb. Zatən bütün görüşlərdə bunlar masada olur. Xalq diplomatiyası söhbəti də yeni deyildir. Ermənistan vaxt uzadır. Rusiya da bu məsələdə ona yardımdir. Biz buna niyə gedirik, anlamıram. Danışıqların bir nəticə vermədiyi ortadaykən belə mənasız görüşlərin keçirilməsinə razılaşmağımız dövlətimizin imicinə zərbə vurur”. Q.Çaxmaqlının fikrincə, şübhəsiz ki, Rusiya həmişə məsələnin onun kontrolu altında davam etməsini istəyir: “Vyana görüşündən sonra apar-topar belə bir təşəbbüsdə bulunması o məqsədlə edilir ki, məslə onun kontrolu altından çıxmasın. Məqsəd yalnız budur”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI