Qadınlar yolu bağladı -

14:52 18-04-2019 | icon 430 | Sosial
Qadınlar yolu bağladı -

 

Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin bir qrup sakini su gəlmədiyi üçün Mərdəkan yolunu bağlayıb.

 
Nəticədə yolda böyük tıxac yaranıb. Polisin müdaxiləsindən sonra yol açılıb və avtomobillərin hərəkəti bərpa olunub.
 
Versus.Az xəbər verir ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı həmin sakinlərin problemlərindən xəbərdar olduqlarını bildirib: 
 
"Suraxanı rayonu Samir Əliyev küçəsində əvvəllər tamamilə su yox idi. Biz ötən illər həmin küçənin bir hissəsində şəbəkə qurmuşuq, camaata su vermişik, amma bir hissəsində hələ də içməli su, mərkəzləşmiş şəbəkə yoxdur. Həmin ərazidə olan vətəndaşlar şəbəkə qurulmasını, onların da su ilə təmin olunmasını istəyir. Camaatın tələbi odur ki, orda şəbəkə qurulsun, evlərinə su xətti çəkilsin, sayğac quraşdırılsın, evlərində su olsun. Bu bizim planımızda var, onu icra edəcəyik. Bakı şəhəri və onun ətrafı qəsəbələrində bu işlər mərhələli şəkildə həyata keçirilir. Çox kiçik bir hissə qalıb, onu da növbəti mərhələdə həll edəcəyik”.
 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı