İranda azərbaycanlı gənci bu günə saldılar

15:04 18-04-2019 | icon 665 | Geopolitika
İranda azərbaycanlı gənci bu günə saldılar

 

 
 

İranda rejimin asayiş keşikçiləri Ermənistan bayrağını yandırdığı üçün azərbaycanlı gənci küçənin ortasında şallaqlayıblar.

 

Versus.Az xəbər verir ki, bu barədə foto sosial şəbəkələrdə yayılıb.

  

Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilin fevral ayında Tehrana səfəri zamanı yerli erməni icması ilə görüşüb. Orada ““Artsax”-Ermənistandır, vəssalam” sözləri yazılmış plakatın önündə şelfi çəkib. Buna cavab olaraq Təbrizin “Traxtur” futbol komandasının oyunu zamanı on minlərlə azərbaycanlı stadiona yığışıb, “Qarabağ bizimdir, bizim olacaq!” şüarları səsləndirib. Habelə Azərbaycan bayrağı qaldırıblar və Ermənistan bayrağını yandırıblar.

İran polisi azərbaycanlı gənclərə müdaxilə edib, onlardan 30-a yaxını saxlanılıb. Saxlanılanlar arasında erməni bayrağını yandıran Eshan adlı gənc də olub. Onu şallaqlama cəzasına məhkum ediblər. Bu günlərdə cəza icra edilib. Və Ermənistan mətbuatı bu haqda yazıb. Sosial şəbəkələrdə yayılan fotoya əsasən cəlladlar kütlənin gözü qarşısında gənci xüsusi dəzgaha uzadıb şallaqla döyürlər, zərbələrdən onun kürəyi büsbütün qançır olub...

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI