Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi

15:18 18-04-2019 | icon 464 | Gündəm
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi

 

Bəzi rayonlara elektrik enerjisinin verilməsində problemlər yaranıb

 

Güclü küləklə müşayiət olunan yağışlar və dağlıq ərazilərə yağan qar Gürcüstanda ciddi fəsadlar törədib.

 

Güclü külək nəticəsində paytaxt Tbilisidə bir neçə ağac aşıb, avtomobillərə, evlərə və digər infrastruktura ciddi ziyan dəyib.

 

Elektrik xətləri qırılıb, bəzi rayonlara elektrik enerjisinin verilməsində problemlər yaranıb.

 

Əlverişsiz hava şəraiti Gürcüstanın bölgələrində də fəsadlara səbəb olub. Tetriskaro, Dmanisi, Kaspi və Qori rayonlarında külək ağacları aşırıb, bəzi evlərə ziyan dəyib. Leysan yağışları nəticəsində kiçik çaylar məcrasından çıxıb, həyətyanı ərazilər və kənd təsərrüfatı sahələri su altında qalıb.

 

Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil magistralında minik avtomobili yoldan çıxaraq qar uçqununa düşüb. Xilasedicilər avtomobildəki insanları xilas ediblər. Heç kim xəsarət almayıb.

Yuxarı Lars yolunda avtomobillərin hərəkətində fasilələr yaranıb.

Sinoptiklər əlverişsiz hava şəraitinin aprelin 23-dək davam edəcəyi barədə xəbərdarlıq ediblər.

Yaxın günlərdə Gürcüstan ərazisində güclü külək, leysan yağışları və dağlıq ərazilərdə qar yağacağı bildirilir.(AZƏRTAC)

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı