“UNEC-də bir gün” - tələbə ol

16:00 18-04-2019 | icon 667 | Təhsil
“UNEC-də bir gün” - tələbə ol

 

Abituriyentlərin sevimli layihəsi olan “UNEC-də bir gün” davam edir.

 

Layihə çərçivəsində bu həftə Bakının 71, 229, 234, 271, 329 nömrəli məktəblərinin, Ataturk liseyinin, Kimya-biologiya təmayüllü respublika liseyinin və “Zəka” kurslarının şagirdləri UNEC-in bir günlük tələbələri olublar.

 

Versus.Az xəbər verir ki, I, II və V ixtisas qrupları üzrə hazırlaşan abituriyentlərə UNEC-də bu istiqamət üzrə mövcud olan fakültə və ixtisaslar barədə ətraflı məlumat verilib. 600-dən yüksək bal toplayaraq UNEC-i seçən abituriyentlərə 100 manat məbləğində universitetin xüsusi təqaüdünün verildiyi şagirdlərin diqqətinə çatdırılıb. UNEC-in beynəlxalq mübadilə və Avropanın nüfuzlu universitetləri ilə ikili diplom proqramları abituriyentlərin xüsusi marağına səbəb olub. Sonra bir günlük tələbələr istəklərinə uyğun olaraq, Azərbaycan və ingilis dilində dərsləri dinləyiblər. Dərslərdən müsbət təəssüratlarla ayrılan abituriyentlər UNEC-in tələbə-rektoru Elmir Sadıqovla görüşüblər. UNEC-dəki təhsil imkanlarından bəhs edən E.Sadıqov universitet seçimində UNEC-ə üstünlük vermə səbəblərini də açıqlayıb.

Bir günlük tələbələr UNEC Yaradıcılıq Mərkəzinin üzvləri ilə də tanış olublar, onların məşq prosesini izləyiblər. Abituriyentlərə mərkəzdə fəaliyyət göstərən dərnəklər barədə məlumat verilib, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün UNEC-də bütün şəraitin yaradıldığı bildirilib.

Layihə çərçivəsində bir günlük tələbələr üçün UNEC-də infotur təşkil olunub. Onlar 24/7 kitabxana, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, akt zalları, Radio UNEC-lətanış olublar.

“UNEC-də bir gün” layihəsinin ixtisas seçiminə onlara böyük dəstək olduğunu bildirən abituriyentlər, dərs cədvəli ilə tanış olaraq, növbəti günlərdə də digər fənləri dinləmək üçün yenidən 1 günlük tələbə olacaqlarını qeyd ediblər.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin