Yunanıstan: “Alman işğalı üçün təzminat tələbi tarixi və əxlaqi borcumuzdur”

16:37 18-04-2019 | icon 570 | Dünya
Yunanıstan: “Alman işğalı üçün təzminat tələbi tarixi və əxlaqi borcumuzdur”

 

Yunanıstan Almaniyadan II Dünya müharibəsindəki döyüşlərə görə təzminat ödəməsini istəyəcək.

 

Versus.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Yunanıstanda faşist işğalı zamanı həyatını itirən insanlara və verilən zərərlərə görə hökumətin rəsmi olaraq savaş təzminatı tələb etməsi ilə bağlı təklif məclisdə səs çoxluğu ilə qəbul edilib.

 

Sağçı "Qızıl Şəfəq" partiyasının millət vəkilləri səs vermədə “yox” deyib. Səs vermədən əvvəl danışan Yunanıstanın baş naziri Aleksis Çipras təzminata görə ölkəsinin haqqı olduğunu bildirib və Berlinə bu mövzu ilə bağlı sözlə nota veriləcəyini deyib.

 

Çipras Yunanıstanın təzminat tələbini iqtisadi kriz vaxtı avropalı ortaqlarından aldığı kreditlərə qarşı bazarlıq məsələsi kimi görmədiyini qeyd edib.

“Alman işğalı üçün təzminat tələbi tarixi və əxlaqi borcumuzdur”.

Xatırladaq ki, faşist dövründə həyatını itirən yunanların və zərərlərin müəyyənləşdirilməsi ilə bağlı Yunanıstan Məclisinin yaratdığı komissiyanın 2016-cı ildə bitirdiyi hesabat keçən ilin oktyabr ayında yayımlanıb.

Hesabata görə, Yunanıstan ölənlərin yaxınlarına təzminat, verilən maddi zərər və Mərkəzi Bankdan faşistlər tərəfindən zorla alınan faizsiz işğal krediti də daxil olmaqla Almaniyadan təxminən 300 milyard avro tələb edir. İşğal dövründə ölkədən aparılan tarixi əsərlərin də geri qaytarılması istənilir.

Almaniya tərəfi isə 1960-cı ildə 115 milyon alman markı ödənildiyini bildirir və üstündə 70 ildən çox vaxt keçən müharibə üçün yeni təzminat ödəməyi rədd edir.

Almaniya hökumətinin sözçüsü Steffen Saybert səs vermədən əvvəl verdiyi açıqlamada ölkəsinin mövzu ilə bağlı mövqeyinin dəyişmədiyini, məsələnin hüquqi və siyasi cəhətdən bağlandığını deyib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür