Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

18:42 18-04-2019 | icon 1898 | Cəmiyyət
Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Bəs icra başçısının çempionumuzun bu istəyinə cavabı nə olacaq?

 

 

Bu gün Azərbaycanda digər sahələrdə olduğu kimi, çox sevindirici haldır ki, idmanın da inkişafına böyük diqqətlə yanaşılır. Bu istiqamətdə maddi-texniki bazanın yaradılması, bir çox idman komplekslərinin, böyük idman-sağlamlıq mərkəzlərinin yaradılması da deyilənlərə bir sübutdur. Eyni zamanda həm dövlət başçısı, həm də ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva tərəfindən idmançılarımıza böyük qayğı göstərmələri bu istiqamətdə ələdə edəcəyimiz uğurları daha da stimullaşdırır.

 

Təəssüflə qeyd etmək yerinə düşər ki, bütün bunlarla paralel olaraq bir çox səlahiyyət sahiblərimiz deyəsən hələ də Azərbaycanın dövlət səviyyəsində yürütdüyü ideoloji-siyasi kursu yetərincə mənimsəməyiblər. Redaksiyamıza üz tutan idmançılarımızın verdikləri məlumatlarda da bu iddia əks olunmaqdadır.

 

Elə bu yaxınlarda Versus.Az-a müsahibə verən dəfələrlə Avropa çempionu, dünya çempionu, Olimpiya çempionumuz olan Gündüz İsmayılovla olan söhbətdə də deyilənlər öz əksini tapmışdı. Biz də tərəfimizdən Gündüz bəyin fikirlərini ictimailəşdirmiş, idmana və idmançılara olan münasibətlərdə ortaya qoyulan yanlışlıqları elə onun öz diliylə təqdim etmişdik. Təbii ki, bu məsələyə münasibətdə biz aidiyyatı strukturların cavab reaksiyalarını gözləyirdik. Çünki cənab Prezident İlham Əliyevin vurğuladığı kimi - “məmur xalqın xidmətçisi olmalıdır”.

 

Ancaq yenə də ümidliyik ki, Xətai rayon icra başçısı bir məmur olaraq öz vəzifələrini layiqincə yerinə yetirəcək, Azərbaycan bayrağını dəfələrlə beynəlxalq yarışlarda ən yüksək zirvəyə qaldıran Gündüz İsmayılovun probleminə münasibətdə daha sayğılı yanaşıb onu dinləyəcək və qısa zaman kəsiyində onun istəyinin reallaşması üçün gərəkən addımları atacaq.

 

Biz bir vətəndaş olaraq hər birimiz Azərbaycan bayrağının dünya dövlətləri bayraqları arasında ən yüksək zirvələrə qalxmasının peşində olmuşuq və hər zaman da bu arzu, bu istək bizimlədir. Bunu Xətai rayon icra başçısı da istəyib, bunu Azərbaycan mediyası da istəyib, bütövlükdə bunu hər birimiz istəmişik. O bayraq da bir dövlət başçısının etdiyi səfərlərdə, bir də idmançılarımızın qazandıqları uğurlarda göylərə qaldırılır, biz də sevinc göz yaşlarıyla o mənzərəni qürurla seyr edirik. Gündüz İsmayılov da millətimizə, dövlətimizə o sevinci yaşadan və bundan sonra da yaşatmaq iddiasında olan idmançılarımızdandır. Gündüz İsmayılov bayrağımıza, gerbimizə, himnimizə sahib çıxaraq dünyanı Azərbaycan adına ayağa qaldırıbsa, biz də hamılıqla Gündüz İsmayılov kimi Oğlanları Azərbaycan adına ayağa qaldırmalıyıq. Bir daha ümidli olduğumuzu bildiririk ki, həm Xətayi rayon icra başçısı, həm də idman strukturlarımıza rəhbərlik edən bütün səlahiyyətli kəslər səsimizə səs verəcək, Azərbaycanımız naminə bütün əngəlləri aradan qaldırmağa çalışacaqlar...

 

Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulmasında bu adamların əməyini unutmaq olmaz. Ümummilli lider Heydər Əliyev hər zaman qeyd edirdi ki, “idmançılar dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdırlar. Bu qayğı həm də ölkəmizdə idmanın inkişafına, istedadlı idmançıların potensial imkanlarının açılmasına xidmət etməlidir”.

 

Bu gün cənab İlham Əliyevin idmanın tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı addımlar yerdəki məmurlar tərəfindən də yüksələn xətt üzrə inkişaf etdirilməlidir. Bu baxımdan Gündüz İsmayılovun probleminə laqeydliyə son qoyulmasını, ortalıqda olan problemin aradan qaldırılması jestiylə atılan addımların dövlət başçımızın yürütdüyü siyasətlə eynilik təşkil etdiyini görmək istərdik.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin