Mənə bir ziyalı göstərin…

17:28 30-06-2017 | icon 858 | Köşə
Mənə bir ziyalı göstərin…

Tahirə QAFARLI

…bəlkə, dərdimə dərman sözüm var?..

Əstafrullah, şair-filan olmaq fikrində deyiləm. Elə zənn etməyin ki, qafiyə tutmağa hazırlaşıram. Yox, ziyalılarımız demiş, “özüm də bilmədim niyə belə oldu…” Amma bu günkülər də “nəbzi”pis tutmayıblar. Onların sözünü, səsini eşitmək bir müşkülə çevrilib. O qədər eqoistləşiblər ki, “məni kitablarda oxudun, musiqdə dinlədin yetər, səninlə danışmasan da olar”- devzi ilə “qırmızı səhifəyə” düşüblər…mənin dediyim o zolaq yerin hansı bucağındadır, onu da bilmirəm. Bir onu bilirəm ki, nə başı var, nə də ki ayağı…

Sözdə insanları normal olaraq fikir və düşüncələri, ədəb-ərkanı, ağlı, məntiqi ilə qəbul edir, elə o xüsusatlarının davamlılığı ilə də yola salırıq. Təbii ki, hərə buna öz prizmasından yanaşır. Əslində isə mövcud dövr insanlarımızı o qədər adiləşdirib ki, maddi maraqlarından başqa heç nə düşünə bilmirlər. Səninlə o zaman dost olurlar ki, vəzifən olur, bir dostunun dostu imkanlı olur. Salam verəndə də səndən nə isə güdürlər. Bir sözlə, insanların bir-birinə təbəssüm belə etməkdən çəkindiyi bir zamandayıq. Yəni bu dünyaya tədarükçü kimi göndərilən insan, ona verilən “şüurlu insan” üstünlüklərindən öz mənfəəti üçün o ki var istifadə edir və istismar edə-edə yaşayır. Ta ki, insan olduğunu unudana qədər…

…nə isə mövzu bu deyil…

Bu gün kiməsə söz demək istəsən, sözünün əvvəlini gətirməmiş, ağlı kəsən də, kəsməyən də təkəbbürlü yanaşmaları ilə üstünə elə gəlir ki, artıq bundan sonra kiməsə nəsə başa salmağa ehtiyac duymursan. Düşünürsən ki, dinləməyi bacarmayan biri çətin ki, sənə qulaq asıb, özündə nəyisə təhlil edib düzgün qərar verməyə cəsarət tapsın. Bəlkə də ən böyük səhvimiz də bu mənzərə ilə razılaşıb tez təslim olmağımızdır… Hamı bir-birindən çəkinir, söz deməyə qoxur…

Düşünə bilərsiz ki, bəlkə artıq heç kəsin kiminsə sözünə ehtiyacı yoxdur. Təbii ki, bu belə deyil, əksinə bu gün başlar ağıl, düşüncə qıtlığını yaşayır. Ağıl, düşüncəli başlar isə “işığı paylaşmaq sevgisi”nin qıtlığını. Ən böyük faciə isə ikisinin də auditoriyasının inamsızlığıdır. Hamı ya monoloqçudur, ya da mədhiyyəçi… Bəlkə ONLAR da ağıllı olmaqdan, sözlərini xərcləməkdən yorulublar. Səbəb nədir? Görünür, başbilənlərin böhran, tənəzzül, qıtlıq dövrü dediyi həmin gün, elə bu gündür. Bütün sinonim sözləri bir kənara qoysaq, QITLIQ lap yerinə düşür. Bəli, öz düşüncəsi ilə ətrafa işıq sala biləcək aydınların qıtlığını yaşayırıq. Ümidim bir onlara idi, onu da qırdılar. Özü də bunu başqası yox, elə “işıqötürücüsü” hesab etdiyimiz ziyalının özü etdi. Qəribədir ki, bu gün qalaq-qalaq kitablara gözəl-gözəl sözlər yazıb, sonra cildini möhkəm-möhkəm büküb bir kənarda saxlayanlar nə düşünürlər. Bununla cəmiyyət qarşısında öz işlərini bitmiş sayırlarsa, yazıq onlara.

Bu gün heç kəs düzgün hesab etdiyi fikri dilinə gətirmək istəmir. Heç kəs pisə pis, yaxşıya yaxşı demək cəsarətini özündə tapa bilmir. Söz deməyi bacaran O ziyalılar yox olub. İnsanlarımız da sanki manqurtlaşıb. Hamı “nəyimə lazım” deyib keçir. Hara və niyəsini özü də bilmir. Vəhşi cəngəlliyin qaydaları ilə yaşayırıq sanki hərə harda bir tikə tapırsa, onu “parçalamaqla” məşğuldur. Nə baş verir və “Günün duran saatı” nə vaxta qədər davam edəcək, bilinmir. Düşünəndə bu qıtlığın ən faciəli portreti ağıllı, amma cəsarətsiz insanın yaşamıdır.. Sözünü, düşüncəsini öz içində boğan kişinin faciəsidir bu… “Niyə bu qədər zəlil günə düşdün”- sualını vermək istədim ona. Ona görə də ünüm yetənlərə ağız açıb – “mənə bir ziyalı göstərin, bəlkə dərdimə dərman sözüm var”- deyib, baş sındırdım. Yaddaşımı varaqladım, ünvanına “ziyalıdır” deyilən şəxslərdən cavab gəlmədi. Hardasınız, niyə səsiniz çıxmır? Sözünüz niyə boğazınızda donub?

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-dan danışıb