Bakı sakininin sığorta kartından 2000 manatdan çox pul oğurlanıb

16:35 19-04-2019 | icon 555 | Hadisə
Bakı sakininin sığorta kartından 2000 manatdan çox pul oğurlanıb

 

Bakı sakininin sığorta kartından 2000 manatdan çox pul oğurlanıb.

Versus.Az trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Əzimov 2018-ci ilin iyul ayının 16-da hesabında 2164 manat olan sığorta kartını Bakı şəhəri ərazisində itirdiyini və həmin məbləğin hesabından çıxarılaraq oğurlandığını bildirib.

 

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və həmin məbləğin Salyan rayonu ərazisindəki bankomatların birindən çıxarıldığı müəyyən edilib.

 

DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Zeynalov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı