Metropoliten İşçiləri Həmkarlar İttifaqında seminar keçirilib

18:07 19-04-2019 | icon 465 | Sosial
Metropoliten İşçiləri Həmkarlar İttifaqında seminar keçirilib

 

Metropoliten İşçiləri Həmkarlar İttifaqında (MİHİ) 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü, Beynəlxalq Əmək Təşkilatının 100 illiyi ilə əlaqədar olaraq seminar keçirilib.

Versus.Az-ın məlumatına görə, seminarda çıxış edən MİHİ sədri Arif Mərdanov son illərdə həyata keçirilən əməyin mühafizəsi sahəsində “Bakı Metropoliteni” QSC-də islahatlar haqqında danışıb.

 

O, bildirib ki, bu məqsədlə yaradılan SƏTƏMM şöbəsi bilavasitə QSC sədrinə tabedir və bu gün şöbə, mütəmadi olaraq, növbəli və növbədənkənar yoxlamalar aparır. Bu işlərin nəticəsi olaraq bədbəxt hadisələrin qarşısı alınır.

 

MİHİ-nin əməyin texniki müfəttişi Vüqar Mirzəyev isə bildirib ki, təhlükəsizlik mədəniyyəti işçilərin həyata olan baxışlarından, bilik və intellektual səviyyəsindən, düşüncə tərzindən çox asılıdır: "SƏTƏMM qanunvericiliyi, təhlükəsizlik, fərdi mühafizə vasitələrindən düzgün istifadə, yanğın təhlükəsizliyi, ilk yardım vərdişlərinin mənimsənilməsi qaydalarının təbliği nəticəsində və bu qaydalara riayət olunmasına ciddi nəzarətin nəticəsində bu gün metropolitendə əmək xəsarətlərinin sayı minimuma endirilib. Metropolitenin istehsalat sahələri, əməyin təşkili və təhlükəsizlik texnikası üzrə respublika müsabiqəsinin qalibləri sırasında olub".

Sonda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməyin mühafizəsi şöbəsinin mütəxəssisi Nadir Muradov Ümumdünya Əməyin Mühafizəsi Gününün tarixindən danışıb. Bu gün ölkədə istehsalat qəzalarının qarşısının alınması üçün səmərəli tədbirlərin həyata keçirildiyini bildirib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı