“Kimlərəsə arxalanır…” – SƏRT İTTİHAMLAR

13:49 30-06-2017 | icon 626 | Sosial
“Kimlərəsə arxalanır…” – SƏRT İTTİHAMLAR

Xəbər verildiyi kimi, Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vidadi İsayevin təzyiqləri ilə üzləşən jurnalist Xəyyam Salmanzadə intihar anonsu edib.

X.Salmanzadə icra hakiminin təhdid və təzyiqlərinə dözməyərək RİH-nin binası qarşısında özünü yandıracağını açıqlayıb.

Şəhid və məcburi köçkün ailəsi olan jurnalist icra başçısı barədə video müraciətində prezidentdən kömək istəyib. Onun sözlərinə görə, rayonda məmur özbaşınalığı bütün əndazələri aşıb və V.İsayev şəhid ailələrini saymır.

Jurnalistin prezidentə imdad dolu müraciəti və intihar anonsu ilə bağlı Müasir Müsavat Partiyasının sədri, prezidentliyə sabiq namizəd Hafiz Hacıyev kəskin reaksiya verib.

Versus.az xəbər verir ki, MMP sədri Ulus.Az-a açıqlamasında bildirib ki, artıq vəziyyətin dözülməzliyi jurnalisti intihara sövq edir. Onun sözlərinə görə, yerlərdə məmurların anti-xalq fəaliyyəti və prezidentə yönəlik təxribatçı siyasəti hakimiyyətlə xalq arasındakı körpüləri yandırır.

H.Hacıyev qeyd edib ki, X.Salmanzadə şəhid və köçkün ailəsidir, dövlət məmurları bu insanların müraciətlərinə həssas olmalıdır:

“Amma rayon rəhbərləri, icra başçıları xalqı incidirlər, prezidentin üstünə qaldırırlar, öz bildikləri kimi danışırlar,”burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə işləyirlər, heç kimi saymırlar. Prezident onlarla deyib ki, xalqa xidmət etməlisiniz, amma onlar cibə xidmət edirlər”.

Partiya lideri hesab edir ki, bəzi məmurlar xarici dairələrə işləyirlər və ona görə də əhalini prezidentdən narazı salmaq üçün təxribatçı siyasət yürüdürlər: 

“Camaatı incidirlər, şikayətə baxmırlar, mal-mülkünü qəsb edirlər. Ona görə də kimisi intihar edir, kimisi özünü asır. Artıq Xəyyam Salmanzadə o həddə çatıb ki, intihar edir. Prezident bilsə ki, icra başçısı Bərdədə camaatı belə incidir, onu bir dəqiqə orda saxlamaz. Çünki xalqı incidən məmurlar prezidentə bir nömrəli düşməndir.
Belələri rüşvət alırlar, əsassız süründürməçilik edirlər. İndi Bərdənin icra başçısı hansısa yerə arxalanır, Prezident Administraisyasına kimlərəsə güvlənir.
Yaddan çıxarmasın ki, prezident islahatlar aparır, yeni kadrlar təyin edir, güvləndiyi adamların da portfelini qoltuğuna verib yola salacaq”.

H.Hacıyev qeyd edib ki, V.İsayev Bərdəni zəbt edib, rayonu özəlləşdirib və bu barədə ətraflı çıxışı olacaq:

“Kimlərsə elə bilir ki, dövlətə xəyanət etməklə biz də onlara tamaşa edəcəyik. Belə olmayacaq. Prezident də deyib ki, ictimai nəzarət olmalıdır. Biz də həqiqətləri, xalqın şikayətlərini deyirik. Ona görə də Bərdənin icra başçısı ağıllı olmalıdır. Pulla iş həll olmur. Bərdənin icra başçısı qaçqın, şəhid ailəsi olan bir cavan oğlanı incidir. Mən Bakıya qayıdım, prezidentə müraciət edəcəyəm ki, Bərdə rəhbərliyi haqda tədbir görülməlidir. Bu məmurlar prezidentə xəyanət edirlər, xalqla prezident arasında uçurum yaradırlar. Rayonlara prezidentin səfərləri olur. Məmurlar 5-10 adam öyrədib qabağa çıxarır, yalan informasiya verir. Amma biz öz əlaqələrimizlə məlumat alırıq, prezidentə doğruları çatdırırıq. Artıq dövlət başçısının göstərişlərini yerinə yetirməyən məmurlar var. Bununla bağlı ciddi mövqe qoyacağıq. Bilirsiniz ki, qarşıdan seçkilər gəlir və xarici dövlətlərin Azərbaycanda çevriliş iddiaları var. Bu vəziyyətdə icra hakimləri özlərini şah kimi aparır və prezidentə xəyanət edirlər. Hesab edirəm ki, quldur məmurları hakimiyyətdən uzaqlaşdırmaq lazımdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür