Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb

14:29 20-04-2019 | icon 742 | İqtisadiyyat
Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi işləri davam etdirilir.

 

Belə ki, cari ilin əvvəlindən tətbiqinə başlanan avtomatlaşdırılmış pensiya təyinatı sisteminin texniki imkanları artırılmaqla, əlilliyə görə pensiya təyinatlarının da elektron sistem üzərindən həyata keçirilməsinə başlanıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbsindən Versus.Az-a verlən məlumata görə, yaşa görə pensiya təyinatı kimi, əlilliyə görə pensiya təyinatı da artıq heç bir yerə müraciət olunmadan və sənəd təqdim edilmədən elektron qaydada təyin olunur.

 

Əlillik təyin olunmuş şəxsin pensiya hüququ yarandıqda ona həmin gün ərzində elektron qaydada pensiya təyin edilməklə bu barədə (həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə) “sms”, e-mail və ya rəsmi məktubla məlumat verilir.

 

Beləliklə, əliliyə görə pensiya təyinatında da vətəndaş-məmur təması, süründürməçilik, neqativ halların baş vermə ehtimalı tam aradan qalxıb, bu istiqamətdə də şəffaf və çevik pensiya təyinatı mexanizmi qurulub.

 

YELMAR
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin