Balaxanı tullantı poliqonu da yaşıllaşdırıldı

14:34 20-04-2019 | icon 690 | Gündəm
Balaxanı tullantı poliqonu da yaşıllaşdırıldı

IDEA İctimai Birliyinin təşəbbüsü, İqtisadiyyat Nazirliyinin dəstəyi və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda növbəti ağacəkmə aksiyası keçirilib.

 

“Təmiz Şəhər” ASC-dən Versus.Az-a verilən məlumata görə, hər üç qurumun əməkdaşlarının iştirak etdiyi aksiyada 1000 ədəd ağac əkilib.

Ağaclar əkilən ərazidə xüsusi suvarma sistemi qurulub. “Təmiz Şəhər” ASC-nin əməkdaşları daim ağaclara qulluq edəcək.

 

Poliqon ərazisində yaşıllaşdırma işlərinin aparılması artıq ənənəyə çevrilib və bir neçə ildir ki, IDEA-nın, İqtisadiyyat Nazirliyinin və “Təmiz Şəhər”in əməkdaşları burada ağacəkmə aksiyaları keçirirlər. Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib.

 

Qeyd edək ki, son illər yaşıllığa çevrilən və çox sayda ağac əkilən poliqon ərazisi 2009-cu ilədək Bakının məişət tullantılarının açıq şəkildə atıldığı sahələr idi. Tullantı qoxusu, yanma nəticəsində yaranan tüstü şəhərə yayılırdı. “Təmiz Şəhər” ASC fəaliyyətə başladıqdan sonra isə qısa müddətdə məişət tullantılarının alışmasının və tüstülənmənin qarşısı tamamilə alınıb. 120 hektar əraziyə malik poliqonda lazımi infrastruktur yaradılıb və tullantıların düzgün qəbuluna başlanılıb.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI