ABŞ səfiri nazirlərin görüşlərini alqışlayır

15:02 20-04-2019 | icon 455 | Siyasət
ABŞ səfiri nazirlərin görüşlərini alqışlayır

Mən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçiriləcək növbəti mümkün görüşünü səbrsizliklə gözləyirəm.

 

Versus.Az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Bakıda "Alumni Fair" təhsil sərgisi zamanı deyib.

 

Səfir qeyd edib ki, ABŞ ATƏT-in Minsk qrupunun üç həmsədrindən biridir və qrupun məqsədi tərəfləri münaqişənin sülh yolu ilə həllinə doğru gətirməkdir:

“Biz XİN rəhbərlərinin Moskvada keçirilmiş görüşünü, eləcə də görüşdən sonrakı bəyanatı alqışlayırıq. Hamımız tərəflərin dialoqunun davam etdirilməsini səbrsizliklə gözləyirik. Biz şadıq ki, XİN rəhbərləri növbəti görüşünü keçirəcək”.

 

Qeyd edək ki, ABŞ Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyi (XİN) rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşünü Vaşinqtonda keçirməyi təklif edib.

 

Görüş təklifi barədə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bildirib:

"Dünən ABŞ tərəfindən Vaşinqtona səfər etmək təklifi aldıq, burada da Dövlət katibi bu münaqişənin nizamlanmasına nail olmaq yolunda öz təkliflərini səsləndirəcək".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol