Siyasi podiumda böyütmə formulası

12:26 21-04-2019 | icon 817 | Köşə
Siyasi podiumda böyütmə formulası

Missiya daşıyıcılarının "REAL GÜC"ünə baxış

 

İGİD TEYMURLU

 

Bu günün siyasi podiumuna çıxarılanların 90-60-90-lığı onların gerçək parametrləri deyil, biçilən donun kəramətinin, oynanılan rolun mahiyyətinin və hakimiyyətlə Qərbin Böyütmə Formulasının təzahürüdür, vəssalam!


Bu adamlar boyunlarına qoyulan missyanın daşıyıcılarıdırlar. Bu adamlar rejissor pultu arxasından idarə olunan oyunçulardır, səhnəyə suflyor və dublyor qismində çıxarılırlar. Bu adamlar həm hakimiyyətin, həm də Qərbin maraqları çərçivəsində pərvazlanırlar...

 

Bu adamların xalqın adından danışma jestləri siyasi ritorikanın tərkib hissəsidir, gerçəyin özü deyil. Zatən kiminsə siyasi hakimiyyətə gəlməsi və kiminsə siyasi hakimiyyətdən getməsi heç zaman xalqın marağında olmayıb. Amma yerini qorumağa çalışan və o yer uğrunda əlləşən qüvvələr hər zaman xalqın adından istifadə edərək özlərinin daha böyük vücudlarıyla görüntü yaratmağa çalışıblar.

 

Bu adamlar özlərini xalqın hüquqlarının təmin edilməsinin carçısı kimi göstərirlərsə, onda nədən bu adamlar elə xalqın Baba Pünhanın təbirincə desək, “it günündə” olmasıyla eyni aqibəti yaşamırlar!?

Xalqın ürəyi də əllərinin içi kimi cadar-cadardır, amma bu adamların əllərinə baxın, uydurduqları Mediçinin əllərinin bənzəridir.

Xalqın balaları işsiz-gücsüz “qul bazarlarında” can çürüdür, amma bunların balaları hakimiyyətdə təmsil olunanların balaları səviyyəsində yaşayırlar.

 

Xalqın nümayəndələrinin bir qismi elə onların özlərinin dediyi kimi, qazanda yalxı su qaynadıb övladlarına şirin nağıllar danışa-danışa onları yuxuya verirlər, amma bunlar dünyanın ən isti bucaqlarında kef məclisləri qurur, bal aylarını ən elit məkanlarda düzənləyirlər.

 

Xalqın nümayəndələrinin övladları Murovun şaxtasında yurdun keşiyində dayanıb, amma bunlar “heç olmasa övladımız yaxşı yaşasın” deyib min cür yollarla xaricə qaçırırlar...

 

ADR adı gələndə az qala qulaqlarını tutmağa çalışan mövcud hakimiyyətin yetkililəri, Rəsulzadənin 11 ayın içində əldə etdiklərinin varisidir bugünkü Azərbaycan. 1993-cü ildən üzü bu yana 26 il keçib. Hanı bu 26 ildə formalaşan müxalifət? Formalaşa bilməyibsə, günah YAP hakimiyyətinin. Çünki güclü iqtidarın güclü müxalifəti olar. Hanı o güc, hanı o müxalifət?

 

Və bu cür misallar saymaqla bitməz. Elə bu adamların özlərinin də oyunları bitmir ki, bitmir.. Ssenari belə yazılıb.

 

Yaqub müəllim “biz böyük oyunun peşkalarıyıq” deyəndə elə belə şeyləri görüb deyirdi... Sadəcə olaraq, o zaman oyun böyük səhnələrdə oynanılırdı, indisə Azərbaycan məkanında...

 

AXCP-də, AMİP-də, ADP-də, VHP-də, Müsavatda, Ədalətdə kimlər yox idi? Hanı o siyasətçilər? Kimlər dağıtdı bu birliyi? Haçalanmalara istiqamət verən kimlər oldu? Bu qurumlardan qopub gedənlərə kimlər həyan oldu? İndi həmin adamlar hansı siyasi qurumda, hansı düşərgədə öz fəaliyyətlərini sürdürməkdədir?

 

Qardaşım, əgər bu adamlar öz təbirinizcə desək, “satqın çıxıb hakimiyyətə sığınıblar”sa, onda günahkar özünüzsünüz və zatən YAP hakimiyyəti qarşısında manevr etmə təcrübəsizliyinizi, zəifliyinizi, mağmunluğunuzu boynunuza alın. Deməli, sizin məntiqinizdən belə çıxır: YAP güclüdür ki, sizləri içinizdən darmadağın etməyi bacarıb. Onda analoji olaraq sual olunur. Sən Əli Kərimli, nə bilim sən Kərim Əlili, yaxud sən İlqar, nə bilim sən kim, hakimiyyətə gələndə bu gün bir YAP-ın manevretmə imkanları qarşısında aciz qalırsansa, onda sabah heç şübhəsiz ki, böyük güclərin, qlobal oyunların qurbanı qismində Azərbaycanın param-parça edilməsindən xəbərin olmaz, keçirilən danışıqlarda sənin özünə beynəlxalq güclər elə torba tikərlər ki, elə oradaca boğularsan. Necə ki bunu bir zamanlar Stalin Tehran konfransında Çörçill üçün etmişdi...

 

Bəlkə belə deyil, əziz YURD aşiqləri olaraq ƏLİ adı çəkiləndə bütöv cəmiyyətin adından “radiallahu anhu” oxuyanlar!?

Bəlkə belə deyil, uydurduqları düz İLQARından dönmək istəməyənlər!?

Bəlkə belə deyil, özünü bu yurdun var oluşunda QURBAN vermək istəyənlərtək davrananlar!?

Bəlkə belə deyil, özünu MİLLİ adlandıranlar!?

Bəlkə belə deyil, məmləkətin orta bucağında oturub okeanın o tayında SEVİNC axtaranlar!?

Bəlkə belə deyil, yaşam üçün Avropadan alınan qrantları özünə QƏNİMƏT bilənlər!?

Bəlkə belə deyil, Azərbaycan adına XALQ HƏRƏKATI formalaşdırıb 5-6 nəfərin korporativ maraqlarının dalısınca yürüyənlər!!?

Bəlkə belə deyil, QARABAĞın erməni tapdağı altında inləməsindən özünə siyasi divident qazanmağa çalışan KOMİTƏ həvəskarları!?.

Bəlkə belə deyil, Araz aşığından, Kür topuğundan olan əsrimizin SİYAVUŞU!?.

 

Bəli, xalqın bir nümayəndəsi olaraq yenə də o fikirdəyəm ki, bu günün siyasi podiumuna çıxarılanların “90-60-90”lığı onların gerçək parametrləri deyil, biçilən donun kəramətinin, oynanılan rolun mahiyyətinin və hakimiyyətlə Qərbin Böyütmə Formulasının təzahürüdür, vəssalam!Начало формыКонец формы

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI