Fransada Azərbaycan məktəbi açılıb

13:14 21-04-2019 | icon 503 | Cəmiyyət
Fransada Azərbaycan məktəbi açılıb

Aprelin 20-də Fransanın Nant şəhərində Azərbaycan məktəbinin açılışı olub. Açılışa bu ölkədə yaşayan 90 nəfərə yaxın azərbaycanlı qatılıb. Onların təxminən 25-i şagirddir.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Versus.Az-a verilən məlumata görə, məktəbin açılışında Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Eldar Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Nantdakı baş konsulu Ebrar Çubukçu, Azərbaycanın Fransadakı səfirliyinin konsulluq məsələlərinə məsul katibi Zaur Fərhadov, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi- Nantda fəaliyyət göstərən Fransa Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbəri Toğrul Zeynalov, eyni zamanda Fransada Azərbaycanlıların Koordinasiya Şuralarının digər əlaqələndiriciləri iştirak edib.

 

Giriş sözü ilə çıxış edən Fuad Muradov belə bir məktəbin açılmasının əhəmiyyətindən danışıb və bu cür uğurlu layihələrin davamlı olmasınınvacibliyini qeyd edib. O, eyni zamanda bildirib ki, Fransada Azərbaycan və türk diasporlarının birgə işləməsi bizim üçün olduqca vacibdi.

Türkiyənin Nantdakı baş konsulu Ebrar Çubukçu bildirib ki, doğrudan da Nantda Azərbaycan məktəbinin açılması vacib addımdı. O, nəzərə çatdırıb ki, bu məktəbin yaxınlığında türk dərnəyi fəaliyyət göstərir və məktəblə dərnək arasında sıx əlaqə qurulacaq.

 

Açılış mərasimində çıxış edən hər kəs Fransada belə bir məktəbin yaradılmasının mühüm addım olduğunu nəzərə çatdırıb.

Məktəbdə kitabxana da fəaliyyət göstərir və orada ölkəmiz haqqında həm fransız, həm də Azərbaycan dilində kitablar toplanıb.

Məktəbin açılışında milli geyimli uşaqlar şeirlər söyləyib, “Sarı gəlin” mahnısının sədaları altında rəqs edib, yallı gediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu