25 il öncə Lələtəpədə şəhid olan döyüşçülərin xatirəsi anılıb

21:02 21-04-2019 | icon 726 | Qarabağ
25 il öncə Lələtəpədə şəhid olan döyüşçülərin xatirəsi anılıb

21 aprel 1994-cü ildə Lələtəpə uğrunda gedən döyüşdə şəhid olmuş döyüşçülərin məzarları ziyarət olundu.



Versus.Az-ın məlumatına görə, "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri" İctimai Birliyinin Laçın rayon şöbəsinin təşkilatçılığı ilə II Fəxri Xiyabanda anım tədbiri keçirilib. Anım günündə şəhidlərin ailə üzvləri, onlarla çiyin-çiyinə savaşmış döyüş yoldaşları iştirak ediblər. Ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.



25 il öncə, 21 aprel 1994-cü ildə Lələtəpə uğrunda gedən qanlı döyüşdə Laçın polisi taborunun döyüşçüləri Nazim Abdullayev (ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib), Vüqar Abdullayev, Həmid Xəlilov, Həbib Xəlilov, Məzahir İsmayılov, Yusif Bayramov, Elman Yusifov gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşlar, Babək Aslanov, Rəfael Mirzəyev, Nərman Süleymanov, MikayılZeynalov, Abbas Abbasov isə ağır yaralanmışdılar. 



Anım mərasimində Birləşmiş polis qüvvələrinin komandiri, polkovnik Akif Səlimov 1994-cü ilin 21 aprel döyüşü haqqında danışaraq, Laçın polis taboru tərəfindən Lələtəpə yüksəkliyinin işğaldan azad olunması haqqında geniş məlumat verib. Qarabağ müharibəsində taborun keçdiyi şərəfli döyüş yolundan, "Horadiz əməliyyatı"nda və Lələtəpənin düşməndən azad olunmasında gedən qanlı döyüşdə qəhrəmanlıq göstərən döyüşçülərin şücaətindən danışıb. 



“Qarabağ Əliləliri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Laçın rayon təşkilatının sədri Babək Aslanov, Laçın polis taborunun komandiri Çingiz Abbasov, Laçın alayının qərargah rəisi Rafiq Nağıyev 21 aprel döyüşələrində şəhid olmuş yoldaşlarının həyat və döyüş yolundan danışıblar.



Qeyd olunub ki, 25 il öncə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun 22 yaşayış məntəqəsinin və Horadiz şəhərinin erməni işğalından azad edilməsi Azərbaycanın müasir savaş tarixində böyük əhəmiyyətə malikdir. Lələtəpə yüksəkliyinin ermənilərdən təmizlənməsində igidlik göstərən Laçın polisinin döyüşçüləri Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucalıblar. Həmin döyüşdə şəhid olan yeddi nəfərin timsalında şəhidlərimizin, milli qəhrəmanlarımızın cəsurluğu və rəşadətini Vətənini sevən hər kəs üçün örnək olmalıdır. 



Çıxış edənlər qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu, Vətən uğrunda qurban gedən şəhidlərimizin qanının yerdə qalmayacağını, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Qarabağ uğrunda müqəddəs savaşa hər an hazır olduqlarını bildiriblər. 



Vurğulanıb ki, dövlətimiz şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün mütəmadi tədbirlər görür. Onlara təyin edilən Prezident təqaüdü, mənzil şəraitlərinin yaxşılaşması üçün atılan addımlar həmin ailələrin maddi rifah halının yaxşılaşmasına göstərilən dövlət qayğısının bariz nümunəsidir.



Xarırladaq ki, "Horadiz əməliyyatı"nda igidlik göstərən Laçın polis taborunun döyüşçüləri 1994-cü ilin yanvar-fevral aylarında Füzulinin Bala Bəhmənli, Böyük Bəhmənli, Alayatı, Cocuq Mərcanlı kəndlərini azad etmişdi. 21 aprel 1994 cü ildə ağır döyüşdən sonra işğaldan azad edilən Lələtəpə yüksəkliyi sonra Milli ordu hissələrinə təhvil verilmişdi.



Qarabağ müharibəsində 300 nəfər şəxsi heyyətdən ibarət Laçın polis taborunun 47 nəfəri şəhid olub, 3 nə­fər "Azər­bay­ca­nın Mil­li Qəh­rə­ma­nı" fəx­ri adı­na la­yiq gö­rü­lüb, 4 nə­fər "Azər­bay­can Bay­ra­ğı" or­de­ni ilə təl­tif olu­nub, on­lar­dan iki­si ha­zır­da xid­mə­ti­ni da­vam et­di­rirlər.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı