Ana mətbuata və dövlət rəhbərliyinə müraciət edib

22:14 21-04-2019 | icon 283 | Hadisə
Ana mətbuata və dövlət rəhbərliyinə müraciət edib

Keçən ilin iyun ayında Bakının Nəsimi rayonu ərazisində törədilmiş qətl hadisəsi ilə bağlı həbs edilmiş Vəliyev Tuncay Vidadi oğlunun anası, mərhum müğənni Vidadi Bərdəlinin həyat yoldaşı Naida Heydərova mətbuata və dövlət rəhbərliyinə müraciət edib.


Versus.Az News24.az-a istinadən xəbər verir ki, Naida Heydərova açıqlamasında baş vermiş məlum hadisədə oğlunun heç bir iştirakının olmadığını, qətli törədən şəxsin də artıq tutulduğunu deyib.



N.Heydərova istintaqın düzgün aparılmasını, bu hadisədə iştirak etməmiş yeganə övladı barəsində ədalətli qərar verilməsini xahiş edib:

 

"Mən başa düşə bilmirəm ki, bu kimin qurmasıdır, nə tələdir bizim üçün qurublar. Mənim övladım günahsız olduğu halda həbsdədir. Əvvəla bildirim ki, övladım Tuncay Vidadioğlu mərhum Rəşad Hüseynovun qatili deyil. Nə də ki biz o böyüklükdə imkana sahib deyilik ki, kimisə bu cinayəti boynuna götürməyə məcbur edək. Qətli törətməkdə şübhəli sayılan Fərman Ocaqquliyev özü etiraf edib ki, cinayəti o törədib. Nə həyat yoldaşım Vidadi Bərdəli, nə mən, nə də övladım heç kimə heç bir pislik etməmişik ki, bizimlə belə düşmənçilik edənlər olsun. Qətl törədilən gün Tuncay evdə idi, polisdən bizə zəng gəldi, oğlumu çağırdılar, biz də getdik, sonra onunla heç bir əlaqəsi yoxdur deyib, bizi yola saldılar. Daha sonra növbəti dəfə yenə polisə dəvət etdilər, bu dəfə də söhbət edib buraxdılar. Üçüncü dəfə çağıranda isə Tuncayı şübhəli şəxs qismində saxladılar, bildirdilər ki, guya dindirilmə üçün oğlumu saxlayıblar, amma səhəri gün müvəqqəti saxlanma təcridxanasına göndərdilər. Əgər mənim oğlum hadisəni törətmişdisə və ya orda iştirakçı olmuşdusa, onu niyə əvvəlcədən tutmurdular. Həm də sonra Fərman Ocaqquliyev adlı şəxs özü gəlib qətli törətdiyini etiraf etdi. Buna baxmayaraq, oğlumu buraxmadılar, hətta evimə baxış keçirmək istədilər. Beləcə evimə gələn polis heç bir məhkəmə qərarı olmadan mənzilimə daxil oldu və guya narkotik vasitə aşkarlayaraq götürdü. Halbuki polisə gedib-gələn hansı ağıllı insan, evində narkotik vasitə olsa belə, bu boyda cinayətdə adı hallandığını bilə-bilə onu 3 gün evində saxlayar?! Əlbəttə ki, olsa belə saxlamaz. İnanın ki o narkotik söhbətiylə yanaşı, oğluma haqsız yerə cinayətkar demələri məni çox pis yandırır. Bu mənə çox pis təsir edir. Hazırda istintaq tam yekunlaşmadığı üçün bütün faktları açıqlamaq düzgün olmazdı. Amma məhkəmənin qərarı olmadan, istintaq getdiyi halda niyə mənim övladımı bilib-bilmədən cinayətkar kimi təqdim edirlər? Mənim övladım günahsızdır, onun heç bir günahı yoxdur, olsa anayam, hər kəsdən qabaq mən bilərəm, ən azı hiss edərəm ki, nə isə günahımız var susaram, amma oğlum günahsızdır, qatil deyil, narkotiklə heç bir əlaqəsi yoxdur. Mən bu günə kimi dayanmadan bütün qapıları döyürəm ki, iş düzgün araşdırılsın, həqiqət ortaya çıxsın. İnanın ki, gecəm - gündüzüm yoxdur, bilmirəm övladımın hazırda yanımda olmamasının acısını çəkim, bilmirəm haqsızlıqla, yoxsa ağrıyan canımla mübarizə aparım. Özüm 2 ci qrup əliləm, hər il müalicə edib yaşayan adamam. Allah özü haqqı ortaya çıxarmaqda bizə kömək olsun".



N.Heydərova deyib ki, oğlunun cinayətkar olmadığının ortaya çıxacağına inanır:

"İnanın ki, istintaqı bitirib, oğlumu cinayətkar kimi hakim qarşısına çıxardılar. Hakim Azad Məcidov cinayət işi ilə tanış olduqdan sonra cinayət işinin materiallarında xeyli çatışmazlıqların olduğunu, oğlumun günahının sübuta yetirilməsinin əsaslandırılmamasını əsas gətirərək işi yenidən baxılması üçün ibtidai istintaqa geri göndərdi, orada çıxışında da oğlum günahsız olduğunu, qətldən xəbərsiz olduğunu bildirdi. Hətta qətli törədən özü cinayətini etiraf etdi. Demək istədiyim odur ki, oğlumun bu cinayətlə heç bir əlaqəsi yoxdur, o günahsızdır. Sizin vasitənizlə bir ana kimi Ölkə başçımız cənab İlham Əliyevə, Birinci vitse prezidentimiz, ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edib xahiş edirəm ki, mənim günahsız yerə həbsdə olan oğlumun azad olunmasına yardım etsinlər, işin düzgün araşdırılmasına göstəriş versinlər. Məni bu yaşda tək övladımla sınağa çəkilməyimə şərait yaradanlara imkan verməsinlər. Yuxarıda haqqı nahaqqa qurban etməyən Allaha, aşağıda ölkə başçımıza, Mehriban xanıma və ali qanunlarıma inanaraq yekun nəticənin haqlı olacağına, sonda haqqın - ədalətin qalib gələcəyinə inanıram. İnanıram ki, məhkəmə ədalətli keçəcək, oğlumun günahsızlığı isbat olunacaq, cinayəti törətmədiyi, qatil olmadığı, sübut olunacaq!"

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Bu qədər də sınmaq, düşmək olmaz!

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

“Cinayətkar” ola biləcəmsə, nə mutlu mənə

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI