Bu müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər

08:28 22-04-2019 | icon 672 | Təhsil
Bu müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər

Orta məktəblərdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər yayda keçirilən yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər.

 

Versus.Az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, yerdəyişmə müsabiqəsində yalnız daimi əsaslarla işləyən müəllimlər iştirak edə bilərlər.

 

Nazirlik rəsmisi bildirib ki, orta məktəblərdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərin müddətsiz əmək müqaviləsi ilə işləməsi üçün apreldə müsabiqə keçiriləcək. Bu müsabiqədə yalnız işlədiyi məktəbdə əmək müqaviləsinin daimiləşməsini istəyən müəllimlər iştirak edə bilərlər. Hazırda müddətli müqavilə ilə işləyən, lakin iş yerini dəyişərək başqa müəssisədə işləmək istəyən müəllimlər yalnız müsabiqədə iştirak edərək vakant yer üzrə yenidən işə qəbul oluna bilərlər.

 

E.Bağırov əlavə edib ki, bu il müddətli müqavilə ilə işləyən müəllimlərin müqavilələrinin daimiləşdirilməsi üçün apreldə keçiriləcək müsahibədən uğurla keçən namizədlər gələn tədris ilinin əvvəlindən daimi əsaslarla işə qəbul ediləcəklər. Buna görə də həmin müəllimlər bu il keçiriləcək yerdəyişmə müsabiqəsində iştirak edə bilməyəcəklər.

 

Nazirlik rəsmisinin sözlərinə görə, tədris ili ərzində müddətli əmək müqaviləsi ilə 3000-4000 müəllim işə qəbul edilir. Bu tədris ili üzrə isə 4000-dən çox müəllim müddətli müqavilə ilə işə qəbul edilib:

“Lakin onların hər biri vakant yerdə çalışmır. Müddətli əmək müqaviləsi ilə işləyənlərin bəziləri analıq məzuniyyətinə çıxmış və öz hesabına məzuniyyət götürən müəllimlərin əvəzinə işləyirlər. Ona görə də həmin müəllimlərin müqavilələrinin daimiləşdirilməsi nəzərdə tutulmur, çünki bu halda məzuniyyətinə çıxan şəxs işə çıxanda hazırda işləyən müəllimlə əmək müqaviləsinə xitam verilir”.

 

E.Bağırov bildirib ki, ötən il əmək müqavilələrinin daimiləşməsi üçün 2000-3000 müəllim müraciət etsə də, onların yalnız 500-ü müsabiqəni uğurla başa vurub. Lakin cari tədris ilində daha çox vakant yerin elan edildiyi və daha çox müəllimin müddətli müqavilə ilə işə qəbul olunduğu nəzərə alınarsa, bu il həmin sayın daha çox olacağı proqnozlaşdırılır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür