“Şər kampaniyasının məqsədi bəllidir”

10:47 22-04-2019 | icon 885 | Siyasət
“Şər kampaniyasının məqsədi bəllidir”

Qüdrət İsaqov: “Yüksək peşəkarlığı ilə seçilən sədaqətli məmurlara hücumlar dövlətimizə zərbədir”

 

“Mətbuatda keçmiş FHN işçisinin primitiv və səviyyəsiz bir yazısına rast gəldim.  İctimai-siyasi proseslərdə fəal iştirak edən bir insan və bir alim olaraq mətbuatınız vasitəsilə fikirlərimi bildirmək istəyirəm”.

 

Bu barədə Versus.Az-ın webmailinə Prof.Dr. Qüdrət İsaqov yazıb. Professor məktubunda onu narahat edən məsələdən bəhs edib:

 

“Kəmaləddin Heydərov Dövlətimizə və Prezidentimiz İlham Əliyevə sədaqətinə görə seçilən nazirdir. O, iri miqyaslı fövqəladə halların qarşısının alınmasında, hadisəlrin səbəblərinin düzgün araşdırılması sahəsində yüksək mütəxəssis və nazir kimi böyük işlər görüb. Onun fövqəladə hallar zamanı Prezidentimizin sədrliyi ilə keçirilən iclaslarda verdiyi şərhlər və gördüyü işlər təqdirəlayiqdir”.

 

Q.İsaqov vurğulayıb ki, son zamanlar Kəmaləddin Heydərova və dövlətimizə sədaqətli olan digər yüksək ranqlı məmurlara qarşı bir şər kampaniyası aparılır:

 

“Şər kampaniyasının məqsədi dövlətimizə və Prezidentimizə sədaqətlə xidmət edən insanları ləkələməyə, və bu yolla dövlətimizi zəiflətməyə yönəlib. Şər kampaniyası zaman-zaman periodik olaraq davam etsə də, Prezidentimiz İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi nəticəsində iflasa uğrayıb.

İndiki zamanda şər kampaniyasının əsas məqsədi İlham Əliyev komandasının sədaqətli və yüksək peşəkarlığı ilə seçilən isimlərini vurmağa, Prezidentimizin apardığı və bəyan etdiyi islahatları əngəlləməyə, ölkəmizdəki sabitliyi pozmağa yönəlib”.

 

Professor qeyd edib ki, islahatların əngəllənməsi, prosesinin qrşısının alınmasına cəhdlər Azərbaycan dövlətinə və Azərbaycan xalqına zərbədir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI