"Sulutəpədə küçə heyvanları sürü şəklində gəzir"

13:11 22-04-2019 | icon 594 | Gündəm
"Sulutəpədə küçə heyvanları sürü şəklində gəzir"

4 yaşlı Hüseyn həyətdə digər uşaqlarla oynayarkən it ona hücum edib.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 4 yaşlı uşaq - 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlunun nənəsi Nəzakət Novruzova deyib.

Onun sözlərinə görə, həyətyanı sahələr hasarlanmadığı üçün it həyətə daxil olub və burda oynayan uşaqlara hücum edib:

 

“İt uşağı həyətdə yıxaraq sürüyüb. Yanağını və gözünün üstünü qoparıb. Nəvəmi təcili xəstəxanaya çatdırdıq. Onun üzərində üç saata yaxın əməliyyat aparıldı. Məni o narahat edir ki, Sulutəpədə küçə heyvanları sürü şəklində gəzir”.

 

N.Novruzova bildirib ki, hadisə günorta saatlarında baş verib. Həyətdə oynayan digər uşaqlar ərazidən tez uzaqlaşdıqları üçün heç bir xəsarət almayıblar.

 

Xatırladaq ki, itin hücumuna məruz qalan H.Məmişov yanaq nahiyəsindən xəsarət alıb. Məlumata görə, it quduz olduğu üçün uşağın üzünü parçalayan kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür

Klipi üçün 10 kilo çəki atdı